Kivili piroq

Ərzaqlar:
  • 5 yumurta
  • 1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • vanil
  • 4 dəymiş kivi (turş olmamalıdır).

Hazırlanması:
Kivini soyun, tikələrə doğrayın. Yumurtanı çalın, şəkər və vanil əlavə edin, yaxşı çalın (kütlə xeyli artmalıdır). Hissə-hissə un əlavə edin, çox ehtiyatla qarışdırın. Xəmir qatı xama kimi alınmalıdır.

Formaya yağ çəkin, xəmir tökün, hamarlayın, üzərinə kivi düzün. Sobanı 220-250 C qədər qızdırın, piroqu 40-50 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın. Soyudun, üzərinə pudra səpin. Nuş olsun!
Davamı →

Kivi piroqu

Tərkibi: Kivi piroqu
  • 0,5 st. limonad (yaxud sevdiyiniz başqa mineral qazlı su)
  • 0,5 st. bitki yağı
  • 1 st. şəkər tozu 
  • 3 yumurta
  • 1 st. un
  • 2 ç.q. qabartma tozu
  • 2 x.q. xaş-xaş (bunsuz da olar)
  • 2-3 kivi 

ştreyzel üçün: 
  • 1/4 st. şəkər tozu
  • 1/4 st. un 
  • 50 q kərə yağı 

Hazırlanması:
Şəkər tozu əriyənədək yumurta ilə çalın. Limonad və yağı əlavə edin, qarışdırın. 
Unu qabartma tozu ilə qarışdırın, hissə-hissə yumurtalı qarışığa əlavə edib qarışdırın. Xaş-xaş vurun, yenə qarışdırın. 

Dördbucaqlı sinini yağlayın, un səpin. Yaxud da içinə folqa çəkin. 
Xəmiri içinə tökün, hamarlayın. Üstünə nazik doğranmış kivi düzün. 

Ştreyzel hazırlayın: un, yağ və şəkəri qarışdırın, ovma alınacaq. Bunu piroqun üstünə səpin. 

180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Davamı →