Kompüter oyunları uşaqlarda aqressiya yaradır

Amerika Psixoloji Assosiasiyasının işçi qrupunun hesabatında deyilir ki, zorakı video oyunları oynamaq uşaqlarda aqressiya yaranmasına səbəb olur.

Bununla belə, hazırda bu əlaqənin kriminal zorakılığa və ya cinayətə səbəb olduğunu iddia etmək üçün kifayət qədər sübut yoxdur.
Zorakı video oyunlarının istifadəsi ilə zorakı davranış arasında birbaşa əlaqəni nümayış etdirir.
Zorakılıq səhnələri olan video oyunlarından istifadə empatiya və qəzəb hissini boğur.
APA –nın sədri Mark Appelbaum ABŞ – da video oyun oynayan uşaqların 12 – 17 yaş arasında çoxluq təşkil etdiyini bildirdi.


Davamı →

Kompüter təhlükəsizliyi

Kompüter təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan kompüter elmi sahəsidir. Çox təəssüf ki kompüterlərin məlumatsız və diqqətsiz istifadəsi maddi və mənəvi zərərlərlə nəticələnir. Bu zərərlərdən qaçmaq üçün bəzi təməl mövzuları bilmək və bəzi təhlükəsizlik tədbirlərini almaq lazımdır. Bu yazıda, bu əsas məlumat və tədbirlərə toxunacağıq.

 

Risklər Hardan Gələbilər?


Davamı →

Texnologiyanın uşaqlara zərəri

Aparılan araşdırmalara görə, uşaq və yeniyetmələr texnologiyadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Sözsüz ki, texnologiyanın zərərləri ilə yanaşı faydaları da var. Məsələn, gündə maksimum 1 saata yaxın kompüterdən istifadə etmək uşaqların öyrənmə sürətini artırır. Onlar texnologiya sayəsində öz təcrübələrini istiqamətləndirir, müəyyən proqram və oyunlarda çətinlik dərəcəsini seçirlər. Türkiyəli psixoloq Duyqu Almaz bildirir ki, texnologiyanın dərs və ev tapşırıqları edən uşaqlara böyük faydası var. 

Psixoloq internet sayəsində uşaqların məktəbin təqdim etdiyindən əlavə materiallar tapa bildiyini əlavə edir. Ancaq uzun müddət davam edən, məqsədindən yayınan internet və kompüter istifadəsinin zərərləri fiziki olaraq problemlər yaradır.
Davamı →

Kompüterin sinir sisteminə etdiyi mənfi təsirlər

Gecə kompüter qarşısında oturmaq ziyandır. Bələki gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.  

Yuxudan əvvəl kompyuter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.

Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyini dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, — deyə tədqiqatçılar bildirir.

Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür. 

Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.

 


Davamı →