Kompyuter seçərkən nələrə diqqət etmək lazımdır?

Yeni bir kompüter almağa qərar verdiyiniz zaman çoxlu seçimlər və qabaqcıl funksiyalar səbəbindən seçim etməkdə çətinlik çəkə bilərsiniz. Hansı kompüterin sizin və ya biznesiniz üçün uyğun olduğuna qərar verərkən, bəzən hədəflərinizi və ya büdcənizi gözdən qaçırmaq da mümkündür. Noutbuk, masaüstü kompüter və ya planşet almağınızdan asılı olmayaraq satın almadan əvvəl cihazın prosessorunu, sabit diskini, RAM yaddaşını, qrafik kartını və əməliyyat sisteminin xüsusiyyətlərini yoxlamaq üçün vaxt ayırmağınız çox vacibdir. Kompüterinizin əsas strukturunu təşkil edən bu komponentlər sizin yaxşı işləyən və uzun müddət xidmət edən bir kompüterinizin olmasını təmin edə bilər. Ancaq yaxşı bir kompüter alarkən nəzərə alınması lazım olan kompüter xüsusiyyətləri dəqiq bir sıra ilə görünməyə bilər. Əksər hallarda sizin üçün ən yaxşı kompüter xüsusiyyətləri iş şəraitiniz və istifadə vərdişlərinizlə müəyyən edilir.

Bir çox istifadəçi İnternetdə gəzmək və ofis və məktəb işləri üçün istifadə etmək üçün kompüter alır. Bu tip kompüterlərə performansı vurğulayan funksiyalar daxil deyil. Ən son PC oyunlarını oynamaq və ya video redaktə işinizi yerinə yetirmək üçün yüksək performanslı kompüter seçməlisiniz. Video redaktə, oyun, 3D peşəkar iş kimi qrafika intensiv əməliyyatlar etmək istəmirsinizsə, güclü aparatlardan qaça bilərsiniz. Kompyuter almaq, xüsusilə də ehtiyaclarınıza ən uyğun modeli seçmək bəzən çətin və vaxt tələb edən bir proses ola bilər. Bu yazıda kompyuter seçimi zamanı nəzərə alınması lazım olan əsas məqamları ətraflı şəkildə təhlil edəcəyik.


Davamı →

Kompüter təhlükəsizliyi

Kompüter təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan kompüter elmi sahəsidir. Çox təəssüf ki kompüterlərin məlumatsız və diqqətsiz istifadəsi maddi və mənəvi zərərlərlə nəticələnir. Bu zərərlərdən qaçmaq üçün bəzi təməl mövzuları bilmək və bəzi təhlükəsizlik tədbirlərini almaq lazımdır. Bu yazıda, bu əsas məlumat və tədbirlərə toxunacağıq.

 

Risklər Hardan Gələbilər?


Davamı →

Kompüter görmə sindromu nədir?

Bir yandan inkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışırıq, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur. Özəlliklə ofis işçilərinin və gənclərin kompüter arxasında çox vaxt keçirməsi göz sağlamlığı ilə bağlı problemlərə, Kompüter görmə sindromuna yol açır. Kompüter görmə sindromu (KGS) adlandırılan bu problem kompüter və ya televizor ekranına fasiləsiz baxarkən gözlərdə diqqəti təmin edən əzələlərin yorulması ilə yaranır.

Davamı →

Əsrin xəstəliyindən əziyyət çəkirsiniz?

Texnologiyanın inkişafı ilə bağlı demək olar ki, hər evdə internetdən istifadə olunur. Günün əsas hissəsini kompüter önündə keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar. Bəlkə, siz də eləsiniz? Komputer sizi də özündən asılı hala salıb?

İnternet xəstəsi olduğunuzu sübutlayan 12 hərəkətiniz

1. Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...

2. Komputerinə kimsənin toxunmasını istəmirsənsə...

3. Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...

4. Hər şeyi internetdə axtarırsansa...

5. Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...

6. Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...

7. İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə…


Ardı →

Kompüterin sinir sisteminə etdiyi mənfi təsirlər

Gecə kompüter qarşısında oturmaq ziyandır. Bələki gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.  

Yuxudan əvvəl kompyuter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.

Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyini dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, — deyə tədqiqatçılar bildirir.

Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür. 

Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.

 


Davamı →

Kompüterin arxitekturası və ümumi prinsipləri. Con Fon Neyman prisipləri.

Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün   nəzərdə  tutulmuş  universal  hesablama maşınıdır.  Başqa sözlə kompyuter, informasiyani emal etmək üçün nəzərdə tutulmuş maşındır.

İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.

İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.


Ardı →