Gülməli lətifələr

Dəlilərin məşqi


Bir gün 2 dəli dəlixanadan qaçış planı hazırlayır və gecə qaçırlar. Səhəri gün hamı görür ki, bunlar yoxdu. Bir də görürlər ki, həmin 2 dəli qayıdırlar. Digər dəlilər soruşur ki, niyə qayıtdız. Qaçan dəlilərdən biri cavab verir ki, dünən məşq eləyirdik, bu gecə qaçacağıq.


İki ləzgi


İki ləzgi olur bunlar meşəyə ova gedir. Yorulular, bir yerdə oturub yemək yeyirlər. Yemək yedikləri yerdə milçəklər bunları yemək yeməyə qoymurlar. Milçək ləzginin birinin alnına qonur, o birsi ləzgi deyir: can qardaş dayan dayan milçəyi vuracam. Ləzgi tüfəngdən ləzginin alnınan bir dənə vurur. Ləzgidə ölür milçək də. Ləzgi deyir: cəhənnəmə ki onlardan da biri getdi, bizdən də biri.


Nənənin harayı


Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.

Ardı →