Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Davamı →

Svetlana Boym | Mühacirlərin yadigar əşyaları

Larisa xatırlayır ki, 1960-cı illərdə «Amerika» jurnalının (keyfiyyətli, gözəl, ətirli kağızlarda çap edilən təbliğat jurnalı) oxucusu idim. O, Berekeley-li radikal tələbələrin otaqlarından asdıqları fotoların heyranı imiş. Əksəri dolanışıq sarıdan korluq çəkməyən, orta sinfə aid insanlar idilər, onlar burjua mallarını gözdən salır və hamının yatdığı yatacaqlardansa qırmızı örtüklə üzlənmiş döşəklərdə gecələməyi üstün tuturdular. Onlardan təsirlənən Larisa müharibədən əvvəl ata-anasının aldığı Sovet mebellərini tullamış və özünə qərblilərə xas modern interyer yaratmaq üçün döşəyini qırmızı parça ilə üzləmişdi. Məlum idi ki, qırmızı parça ilə üzlənmiş döşək rifahı yerində olan, yaxud maddi qıtlıq çəkən (bayraqlarda, yaxud hamıya açıq dekorasiyalarda həddən artıq qırmızı parçadan istifadə) mühitlərdə fərqli mənaları ifadə edirdi. Larisa 1960-cı illərdəki Amerika radikalizmi ilə qürur duyurdu. Təxminən 10 il sonra Amerikaya gəlib qırmızı döşəkdə yatmağa məcbur olanda, bir sıra başqa mühacirlər kimi, həyata baxışı tamam dəyişmişdi. Kasıblığın, öz milli köklərindən qopmağın və sürgündəki prespektivinin gözü ilə baxanda, Larisa o gözəl, qədim Moskvada bezar olduğu məhrəm, zəngin interyeri yaşadığı evdə yenidən yaratmağın xiffətini çəkirdi.

Davamı →

Əhməd Cəfəroğlu - Mühacirətdə keçən alim ömrü

Tanınmış türkoloq, professor Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixində özünəməxsus iz qoymuşdur. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər həsr etmişdir. Bu il görkəmli ziyalının anadan olmasının 120 illiyi qeyd edilir.

Əhməd İsmayıl oğlu Cəfərzadə 17 aprel 1899-cu ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Uşaq ikən atası dünyasını dəyişir, anasının himayəsində böyüyür. 1916-cı ildə şəhərdəki gimnaziyanı bitirir və Kiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə qəbul olunur. Ancaq o, bu ali məktəbdə il yarım oxuyur. Sonra sənədlərini geri alır, Gəncəyə qayıdaraq 1918-ci ildə qardaş Türkiyədən Bakının daşnak-bolşevik işğalından azad olunması üçün köməyə gəlmiş Qafqaz İslam Ordusunun sıralarında döyüşür.
Davamı →