Faustus Hüquqi Xidmətlər Mərkəzin fəaliyyət istiqamətləri

     “Faustus Hüquqi Xidmətlər Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti 1 dekabr 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

          Öncəliklə bildirək ki, bütün hüquq sahələri  (mülki, cinayət, inzibati və iqtisadi) üzrə xidmət göstərən bu mərkəz bizə edilən çoxsaylı müraciətlər əsasında açılmışdır.İnsanların daha mükəmməl hüquqi müdafiə olunma zərurətindən təsis edilən mərkəz qarşısına peşəkar hüquqi müdafiə yolunu qoyaraq milli və beynəlxalq qanunvericiliyin imkan yaratdığı həddə insanların hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir.

          Eyni zamanda bildirək ki, mərkəz fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə yanaşı hüquqi maarifləndirmə yolunu da seçərək cəmiyyətimizə öz töhfəsini verməkdədir. Belə ki, mərkəzə məxsus sayt yaradılaraq, sosial şəbəkələr səhifələri təsis edilərək və Faustus TV YouTube kanalı ərsəyə gətirilərək cəmiyyətimizi marağlandıran, aktual hüquqi informasiyalar haqqında mütəmadi məlumatlar yayımlayır.

         Xidmətlərimiz və yuxarıda qeyd olunan digər məlumatlar barədə daha ətraflı məlumat almaq üçün Mərkəzə məxsus sayta daxil ola bilərsiniz və sizi marağlandıran məsələlər barədə onlayn müraciət və sual-cavab bölümü vasitəsi ilə bizə müraciət edə bilərsiniz.


Ardı →

Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış:

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 


Ardı →