Maraqlı Sual.

məntiq və intellektinizi işlədin


Bir kişi bankda işləyir və bunun tətilə çıxmaq istəyi gəlir.Elə həmin günü bir bara gedir ki, bir az əylənsin.Barda pivəni qabağına qoyub ətrafa baxır və bir qız görür.Salfetkaya sizinlə tanış ola bilrəmmi yazıb qarsonla qıza göndərir, qız kağızı alıb və ona cavab yazır.Kişi cavab olan kağıza baxıb heç nə başa düşmür, səhərisi aparıb dostuna göstərir.


Ardı →

Hava şarında kosmosa uçuş reallaşır

Barselonada yerləşən zero2infinity şirkəti bütü arzu edənlərə «yaxın kosmosa» uçuş biletlərini sifariş verməyi təklif edir. Firma 110 min avro qarşılığında turisti hava şarında 36 kilometr hündürlüyə qaldırmağı öhdəsinə götürür.İspan layihəsi bloon adlanır və «heç bir yanacaq, səs-küy və tullantı olmadan ekoloji təhlükəsiz üsulla kosmosa qalxmaq» kimi təqdim olunur.


Layihəçilər dörd nəfər turist və iki ekipaj üzvünü qaldıran, hava ilə doldurulan modul inşa edəcəklər. Bu «səbəti» stratosferə helium ilə doldurulmuş hava şarı qaldıracaq. Yerə qayıtmaq üçün səyahətçilər heliumu boşaldıb şarı buraxacaqlar və şarın əvəzinə paraşüt açılacaq. İnhabitat-ın verdiyi məlumata görə, səkkiz ədəd hava ilə doldurulmuş yastıq təhlükəsiz enməni təmin edəcək.


Ardı →

Nəticə çıxarılası yazı

Hər səhər bir ceyran oyanır Afrikada,
Başında sadəcə bir düşüncə var:
“Ən sürətli qaçan aslandan daha sürətli qaçmaq,
Yoxsa o, aslana yem olacaq”.
Hər səhər bir aslan oyanır Afrikada:
Başında sadəcə bir düşüncə var:
“Ən yavaş qaçan ceyrandan daha sürətli qaçmaq,
Yoxsa aclıqdan öləcək”
İstər aslan olun, istərsə ceyran.
Bu, o qədər də önəmli deyil, sadəcə günəş doğduğu zaman qaçmalı olduğunuzu, özü də bir öncəki gündən daha sürətli qaçmalı olduğunuzu bilin.
Həyat adlı “qaçış”ı çox gözəl anladır bu hekayə. Çünki əgər aslansınızsa və ən yavaş qaçan ceyranı bir öncəki gün yaxalamışsınızsa, onda bilməlisiniz ki, ən yavaş qaçan ceyran sizdən daha sürətlidir. Deməli, dünənə görə sürətinizi artırmalısınız. Yox, əgər ceyransınızsa və hələ də aslana yem olmamısınızsa, siz də sürətinizi dünənə görə artırmalısınız. Çünki ola bilsin, sıra sizdədir.
Həyat barəsində də davamlılığın əsas şərti hər gün qaçmaq və əvvəlkindən daha sürətli ola bilməkdir. Siz də indi baxın özünüzə. ONDAN-BUNDAN YOX, DÜNƏNDƏN SÜRƏTLİSİNİZMİ?

Davamı →

Müvəffəqiyyət üçün yol göstərən qaydalar

Dırmaşdığınız qaya ilə kərtənkələ qədər bütünləşməlisiz. Alpinist dırmaşmağa başlamadan əvvəl bizim üçün yalnızca bir macərapərəstdir. Dırmaşarkən ona «Bu lap dəlidir ki» deyə bilərik. Zirvəyə çatdığında isə o hamımız üçün yalnız bir qəhrəmandır. Yalnız bir qəhrəman...

Alpinistimiz heç bir alət olmadan, alətlər köməyi ilə dırmaşmağa çalışan iki alpinisti keçər. Belə inanılmaz bir uğuru necə bacardı? Tək cavab, Motivasiya sayəsində. Zehini və bədəni həmişə o anla yalnız dırmaşma anıyla bütünləşdi. Dırmaşmaqdan başqa nə xəyal qurdu nə də zirvəyə çata bilməyi düşündü. Dırmaşmağa qərar verdiyindən etibarən, yalnız dırmaşmağı düşündü. Çünki hədəfə çatmaq üçün motivasiya çox əhəmiyyətlidir.


Davamı →