Üzdəki tüklər qarşı təbii maska

Tüklər hər zaman arzuolunmazdır. Əsasən də üz bölgəsində istənməyən tüklər xanımları daha çox narahat edir. Xanımlarımıza üzdəki istənməyən tüklərdən təbii yolla xilas ola billər.

hazırlanması:

10 qram vazelin
30 qram lanolin
25 qram qaranquş otu


Buları bir qaba qoyun. Sonra qabı başqa bir tavanın içinə qoyub buxarın istisi ilə əriməsini gözləyin. Əridikdə 15 qram nişasta əlavə edib qarışdırın. Soyuduqdan sonra maska halında üzünüzə sürtün, 8 saat sonra isti suyla yuyun. Uzun müddətli proses olsa da, müsbət nəticəsini görəcəksiniz. 

 

 


Davamı →

Qırılan saç ucları üçün maska

Qırılan saç uclarına kömək edəcək maska

 Lazım olan vasitələr:
 
1 x.q. bal

1 yumurta

2 x.q. zeytun yağı


Hazırlanması və istafadə qaydası:

Bütün vasitələri yaxşıca qarışdırıb, saçları hissələrə ayırıb sürtmək lazımdır. Əsasən qırılan saç uclarına daha çox sürtmək lazmdır. Maskanı qoyduqdan sonra başı sarımaq və 30 – 60 dəqiqə saxlamaq lazımdır. Yumşaq tərkibli şampunla saçınızı yuyun. Bu proseduru ayda 2-3 dəfə tətbiq etmək lazımdır.


Davamı →

Saç uzadan maska

Bu il qısa saç modelləri dəbdə olsa da, xanımlar uzun saçları çox sevirlər. 

Kişilərin uzun saçlı qadınları daha cazibədar və seksual hesab etdiyini nəzərə alsaq, heç bir qadın uzun saça yox deyə bilməz. Lakin bəzi qadınların saçları gec uzanır və yaxud nazik olduğu üçün tez-tez kəsdirməli olurlar.

Saçınız gec uzanır və uzun saç cazibəsindən faydalana bilmirsinizsə, saçın tez uzatmaq üçün faydalı olan nar qabığı suyu ilə bağlı maska tövsiyə edəcəyik. 

Boymadərən, səna otu və döyülmüş nar qabıqlarını suda 30 dəqiqə qaynadın.

Bu suyu süzüb, lasyon halına gələnə qədər, küncüt yağı və çiy yumurta əlavə edərək qarışdırın. Saçların tez uzanmasını təmin edən bu məhlulla saçnızı tez-tez yuyun. 
Davamı →

Günəş ləkələri

Kimyəvi üsullara müraciət etmədən əvvəl dəridəki ləkələrdən xilas olmaq istərdinizmi? Özümüzü günəşin isti qollarına etibar etməzdən əvvəl xüsusi qulluq vasitələrinə müraciət etməlisiniz. Dərini çox pis göstərən bu ləkələr sağlamlığa da ciddi problemlər yarada bilər.

Günəş ləkələri yaranmazdan əvvəl qarşısını almaq üçün qoruyucu maddələr istifadə etmək şərtdir. Üz, çiyin, sinə və kürək bölgəsində yaranan bu ləkələrin yaranmasına mane olmaq üçün aşağıdakı maskanı hazırlayın. Bu maska dərini günəşin mənfi şüalarından qorumaq üçün həm çox effetklidir, həm də dərini hamarlaşdıran təbii vasitədir.

Bir qədər cəfəri
Bir fincan qatıq
Bir qədər limon suyu

Bu ərzaqları yaxşıca qarışdırıb püre halına gələnə qədər qarışdırın,  üz və dekolte hissələrinə çəkin. 30 dəqiqə gözlədikdən sonra ovaraq təmizləyin. İlıq su ilə yaxalayın. Bu maskanı həftədə iki gün istifadə edin. Günəşə çıxarkən yüksək faktorlu qoruyucu kremlər istifadə etməyi unutmayın!
Davamı →