Mastopatiyanın xalq təbabəti ilə müalicəsi

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaşlı qadınlar arasında daha geniş yayılıb. Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.
Mastopatiyaya səbəb olan digər faktorlar da var: yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s.
Davamı →