Meyvə və giləmeyvəni açıq havada, günün altında,yaxud da duxovkada

qurutmaq lazımdır. Meyvə tez qurusun deyə ələkdən,tabağdan, sinidən və başqa iri, eyni zamanda yastı əşyalardan istifadə edirlər. Kisələrin üstünə də meyvə sərmək olar. Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə, çuval, kağız ilə örtürlər ki, şeh düşməsin. Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar. Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə, mismardan asmaqla da qurutmaq olar. Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib, birbaşa duxovkanın içərisində sərilmiş samanın, quru otun üstünə düzmək lazımdır.
Alma-armud qurusu
Adətən almanın yayda və payızın əvvəlində yetişən növünü qurudurlar. Armudun da yumşağını, tez dəyib yetişənini qurudurlar. Almanı, armudu yuyur, xırdasını bütöv, irisini iki, yaxud dörd yerə bölüb qurutmaq məsləhətdir. Meyvəni qabıqlı da qurutmaq olar. Almanı halqa-halqa doğrayır, yaxud iki bölürlər. Sonra alma,armud ayrı-ayrılıqda qurudurlar. Meyvələr quruduqdan sonra çürüyüb qaralmasın deyə qabaqca soyulub doğranmış almaları üç dəqiqə müddətində 1,5 faizli duzlu suda saxlayırlar(1 vedrə suya 150 qram duz). Alma və armudu duxovkada 85 dərəcə istilikdə qurudurlar. Bu zaman hər iki saatdan bir meyvəni duxovkadan çıxarıb o üz-bu üzə çevirmək lazımdır. Meyvə quruyana yaxın duxovkanın istiliyini(50-55 dərəcəyədək)azaldırlar. Almanın qurumasının əlamətini belə təyin edirlər:alma qaxından birini götürüb sıxırlar, əzilmirsə, deməli qurumuşdur. Armud isə quruduqdan sonra yumşaq və elastik olmalıdır.
Ardı →