Midi ətəklər

Bu mövsümdə dizaynerlər 70-ci illərin dəbindən ilhamlanaraq daha çox midi ətəklərə üstünlük verməyə başlayıblar. Bu tip ətəklər payızın əsas dəbli xiti olacaq. Sizə midi ətəkləri düzgün uyğunlaşdırmaq üçün bəzi məsləhətlər təqdim edirik.

Dəbin tarixinə nəzər salsaq görərik ki, orta uzunluqda olan ətəklər artıq 40-cı illərədən dəbdədir. Lakin buna baxmayaraq onlar yalnız 70-ci illərdə məşhurluq əldə ediblər.

Nəticədə dizaynerlər ətəklərin fasonları ilə təcrübə aparıb midi ətək modellərinin ən müxtəlif variantlarını təklif etməyə başladılar. Ən məşhur fasonların arasında “günəş ətək”, “karandaş ətək” və s. kimi modelləri qeyd etmək olar.

Müasir zamanda Valentino, Michael Kors, Lanvin, Christian Dior və digər məşhur dəb evləri öz kolleksiyalarında midi ətəklərə üstünlük verməyə başlayıblar.

Bu mövsümdə daha çox plisse edilmiş midi ətəklər dəbdə olacaq. Sizə ağ və gümüşü rəngin bütün çalarlarında olan modellərə diqqət etməyi məsləhət görürük. Belə ətəkləri pastel çalarlarında olan sviterlər və ya qara tvid jaket ilə uyğunlaşdırmaq daha yaxşıdır.

Çoxmənalı münasibətə baxmayaraq, dəri ətəklər yeni mövsümdə midi formada çox dəbli görünəcəklər. Bunun üçün ən uğurlu variant “karandaş” formasında olan dəri ətəklərdir. Belə ətəkləri trikotaj sviterlər və ya birrəngli köynəklərlə geyinmək məsləhətdir.

Ardı →