İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan "İrəvan xanlığının bölgə mətbəxi" kitabının İstanbulda nəşr olunması diqqətçəkən hadisə kimi qarşılanıb.
Kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli AZƏRTAC-a bu mövzuda danışarkən bildirib ki, mənfur işğalçı qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirib «erməni yeməkləri» kimi təqdim edir, bu saxtakarlığı indi də davam etdirməyə cəhd göstərirlər.

Davamı →

Azərbaycan kulinariyasında işlənən dadlandırıcılar

Xörəyin dadını, rəngini və ətrini dəyişdirmək üçün Azərbaycan kulinariyasında müxtəlif məhsullardan istifadə edirlər. Bunlardan ən çox işlənəni aşağıdakılardır:

Abqora – kal üzümün sızılmış suyundan hazırlanır. Müxtəlif cür xəmir xörəklərinə və kalorili xörəklərdə dadlandırıcı kimi istifadə edilir.

Albuxara – girdə, çəyirdəkli, açıq sarı, meyxoş təmli meyvədir. Albuxara bağ gavalısının bir növüdür. Azərbaycan kulinariyasında ət xörəklərində istifadə edilir.

Alça – növündən asılı olmayaraq qurudulmuşu, xörəklərə turşməzə dad vermək üçün istifadə edilir.
Davamı →