Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

Anqlikan kilsəsi
XVI əsrdə Reform hərəkatından sonra İngiltərədə meydana gəlmiş bir xristian məzhəbidir. Anqlikanizm protestantlığın İngiltərəyə məxsus bir şəklidir. VIII Henri və daha sonra I Yelizavet dönəmində Roma ilə olan mücadilədən sonra katolikliklə bağlarını kəsən ingilislər o dövrün görüşləri ilə müasir tolerantlıq arasında orta bir yolla getmişdirlər. İngiltərəyə xas olan bu məzhəb Müqəddəs Kitaba bağlı və qismən reformə edilmiş bir katoliklik kimi görünməkdədir. Anqlikanlıq təşkilati və kult baxımından katolikliyə yaxındır.
Davamı →