Qanuni və məntiqli

Universitetin son sinif şagirdi  imtahandan kəsilincə doğru müəlliminin
yanina gedər:
-«Siz məni sinifdə saxlayaraq həyata atılmamı önləyir və
məni cəzalandırırsınız. İşin bu yanını heç düşündünüzmü?»
-«Təbii düşündüm. Müəllim: mənim vəzifəm məlumatı yoxlamaq
kafi olmayanı sinifdə saxlamaq deyilmi?»
-«Yaxşı. O zaman sizə bir təklifim var. Bir sual da mən sizdən soruşacağam.
Doğru cavab versəniz, mən pis qeydimi qəbul edib sinifdə
qalacağam. Bilə bilməsəniz, qeydimi düzəldəcək və mən imtahandan keçəcəyəm.
 Müəllimin kefi yerində. Təklifi qəbul edər. Və şagird soruşar:
-»Qanuni olub, məntiqli olmayan nədir?
Məntiqli olub, qanuni olmayan nədir?
Nə məntiqli nə də qanuni olmayan nədir?"
Müəllim uzun uzun düşünər amma cavabı tapa bilməz. İddia gərəyi şagirdini imtahandan  keçirər. Amma ağılı da sualda qalar. Sonunda sinifin ən yaxşı şagirdini çağırar, hadisəni izah edər və problemin cavabını bilib bilmədiyini soruşar.
Şagird dərhal cavab verər:
-«Siz 65 yaşındasınız və 23 yaşında bir qadınla evlisiniz.
Bu qanuni amma məntiqli deyil. Yoldaşinizin 25 yaşında bir sevgilisi var.
Bu məntiqli amma qanuni deyil. Siz yoldaşinizin sevgilisini, sinifdə saxlamaq əvəzinə imtahandan keçirib 
məzun edirsiniz. Bu da nə məntiqli, nə də qanuni.»


Davamı →

Maraqlı atalar sözü.

Bir dəfə kitabların birində heç vaxt eşitmədiyim Azərbaycan atalar sözü ilə rastlaşdım. Çox maraqlı və məntiqli olduğundan onu sual şəklində sizlərə təqdim etmək istəyirəm:

Dəvədən soruşurlar ki, o enişi çox sevir, yoxsa yoxuşu?
Sual: Dəvə nə cavab verir?
Cavabı şərh də etsəniz çox sevinərəm.

Ardı →

Məntiq (Dərs-1)

Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz argumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Bütün fərqli sahələrin insanlarının məntiqli olmağa ehtiyacı olduğundan çalışacam ki, sizi bu elmlə qısa və daha anlaşıqlı şəkildə tanış edim.
Ardı →

Oğru və Doğru məsələsi

Sual

Əslində onların sayı 7 dir. 3-ü “oğru” 4-ü doğru. Biz “oğru”ları qeyd etməsəkdə “doğru”ları bu yaxında qeyd etmişik. Sual müəllifi “doğru”lardan 3-ünü filosoflarla Fales, Anaksimen və Heraklitlə əvəz edib. Siz isə onun heç bir filosofla əvəz etmədiyi “doğru”nun adını tapmalısız.

Müəllif: Nuranə Heybətova


Davamı →

Məntiqli sual

Sual

Isveç alimi K. Şeelen muasir dövrdə həmkarlarının istifadə etmədiyi xüsusi tədqiqat metodundan istifadə edirdi. Bu tədqiqat metodunun sayəsinda onun son kəşfi HCN oldu. sual- Alimin xüsusi tədqiqat metodunun izah edin.
Davamı →

Məntiqi sual

Sual

Pramida fiqurunun içindəki sahə, hələdə elmə məlum olmayan səbəblərdən maddə malekullarının dağılmış kristal qəfəsini, oriqinal vəziyyətinə qaytarmağa qadirdir. Pramidanın bu qeyri adi imkanını dəyərləndirməyi bacaran Praqalı mühəndis Karel Drbal x-ı pramida modelinin aşağısına yerləşdirməklə ondan istifadə imkanını 50 hətda 60dəfəyə qaldırmış və 1959 cu ildə bu səbəbdən 91/304 nömrəli patent almağa müvəffəq olmuşdur. Siz Karelin bu ideyasından istifadə etməsəzdə demək olar ki hamınız x-dan istifadə edirsiz. DİQQƏT sual –x-nədir?
Müəllif: Nuranə Heybətova
Davamı →