Fatma Muxtarova Azərbaycanın ilk qadın opera ifaçısı

Fatma Muxtarova dünya opera sənətinin ulduzlarından biridir.

Azərbaycanın ilk gözəl Karmeni və cəsarətli Dalilası Muxtarova alovlu, vulkanik temperament deməkdir. «Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya, ən yüksək həqiqətləri kəşf etmək vergisi». Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.


Davamı →

Min bir gecə baleti və ya min illərə sığmayan sənət dünyası

  • Musiqi
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.
Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.

Davamı →

Cuzeppe Fortunino Françesko Verdi

 Cüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Davamı →

Məşhur azərbaycanlı karmenin acı taleyi

Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova hələ də unudulmayıb. O, dünya opera sənətinin ulduzlarından biri kimi daim ürəklərdə yaşayır, yad edilir...
1953-cü il. Fatma Muxtarovanın sevimli operası “Qara toxmaq qadın”ı yeni quruluşda hazırlayırdılar. Və Polina rounun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (O, bu keçiddən otuz il keçmişdi) onu administrator saxladı.
Davamı →

Opera nədir?

«Opera» italyan dilində "əsər" deməkdir. Opera söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir.

İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı «Orfey» operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına «musiqili faciə» deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər «oxumaqla gedən pyes» adlanırdı, Rusiyada operaya «səslə oxumaq dramı» adı verilmişdi.
Davamı →

Karmen - uğursuzluq, faciə, əbədi şöhrət

2012-2013 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdinin «La Traviata», ikincisi Corc Bizenin «Karmen» operasıdır. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur. «Karmen» fransız bəstəkarı Corc Bizenin 1874-cü ildə Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında olan operadır. Operanın librettosunun süjeti Prosper Merimenin eyni adlı novellasından götürülmüşdür.
Davamı →