Çimərliklərdə yayılan infeksiya - Serkarioz

Qaşıntılı səpki, qızartı, şişkinlik, bəzən qızdırma — bütün bu xoşagəlməz simptomlar ördəklərin yaşadığı gölməçələrdə və göllərdə görünə bilər.


Bu dəri parazitar xəstəliyi su quşlarında, ən çox ördəklərin ayaqlarında olur. Yastı qurdların uzun sürfələri insan dərisinə uyğun olduğundan yumşaq toxumaların səthinə yapışaraq, dəridən içərinə nüfuz edir. Xoşbəxtlikdən, serkariya bədənimizdə yaşaya bilməz və çox tez ölür.
Yüksək riskli ərazilərə ilk növbədə durğun su hövzələri və ya çirklənmiş və ya su bitkiləri ilə bol- ərazilər daxildir. Məhz belə yerlərdə parazitlərin «ev sahibi» olan ördəklər və şirin su mollyuskları (məsələn, ilbizlər) yaşayır. Yəni, demək olar ki, hər hansı bir gölməçədə və ya göldə yoluxa bilərsiniz.


Davamı →

Yayda bədənə parazit düşdüyünü göstərən ƏLAMƏT

Yayda parazitlərə yoluxma riski kəskin artır. Onların əksəriyyəti ilin bu vaxtında torpaqda yaşayıb çoxalır. Yayda da insanların torpaq, qumla təması artdığından yoluxma qaçılmaz olur.
Əslində, parazitar infeksiyalar çoxdur. Müxtəlif helmintlər çirkli əllər vasitəsilə və pis bişrilmiş ət yeməkləri ilə — çiy kabablar, yoluxmuş balıqlardan və hətta ağcaqanad dişləməsindən sonra yoluxa bilər.
Parazitlərin orqanizmdə olduğunu aşkar etmək elə də asan deyil.

Davamı →

İnfeksiya mənbələri və yoluxma mexanizmi.Epidemiyalar.

İnsanlar daim müxtəlif yolxucu xəstəliklərə yoluxur və eyni zamanda bunu başqa insanlara da keçməsinə də səbəb olur.Müəyyən ərazidə və müəyyən vaxtda yolxucu xəstəliklərin kütləvi hal alması epidemiya adlanır..İnsanlar arasında yolxucu xəstəlikləri və onların yaranma səbəblərini öyrənən elm Epidemiologiya öyrənir.Epidemiologiya elminin banisi Hippokrat hesab olunur.O zaman yolxucu xəstəliklərin yaranması haqqında 2 nəzəriyyə vardır.
 I nəzəriyyə:Hippokrat hesab edirdi ki xəstəliklərin yaranma səbəbi üfünətli buxarların ,bataqlıq yerlərdə olan müəyyən maddələrin insan orqanizminə daxil olmasıdır.
II nəzəriyyə: Aristotel və onun tərəfdarları hesab edirdi ki epidemiyanın inkişafına səbəb «gizli» varlıqlardır.
Bu iki nəzəriyyənin tərəfdarları arasındakı fikir müxtəlifliyi və müxtəlif müzakirələr epidemiologiyanın inkişafına təkan vermişdir.
Davamı →

Parazit qurdlara yoluxma

İnsanlar ev heyvanlarını sevir və onları özlərinin dostu hesab edirlər. Ancaq onlarla davranış qaydalarını unutmamaq lazımdır.
Nə üçün iti, pişiyi sığallamaq, durğun su hövzələrində çimmək, yaxşı bişməmiş ət yemək arzuolunmazdır?
Parazit qurdlar, əsasən, yastı və sap qurdlar tiplərinə aiddir.
Parazit qurdların törətdiyi xəstəliklər helmintoz adlanır. Helmint terminini elmə gətirən (yunanca “helmins” — qurd), parazit qurdların yaratdığı xəstəlikləri ətraflı təsvir edən Hippokrat olmuşdur.

Davamı →