Xəzanın gözəlliyi

 

Eşitdiyi ürküdücü səslə qeyri-ixtiyari diksindi. Gördüyü mənzərə qarşısında çaşıb qaldı. Yarpaq, bağlı olduğu budaqdan ayrılmış, yerə doğru düşürdü. Dünyasını səs-küyə bürüyən bu ayrılığın səsi idi. “Bu bir qopmamı, yoxsa doğuşmu?" dedi. Nə olacaq bundan sonra deyə düşünərkən, dilinə, hər vaxt təkrar etdiyi «Boşluq yox bu aləmdə!” cümləsi gəldi...

      Tumurcuqkən, ətrafında bir çox yarpaq görmüşdü. Bir müddət sonra da budaqların çiçəklərlə bəzəndiyini… Yarpaqlar və çiçəklər, gün keçdikcə bir-birlərindən ayrılmaz hala gəlmişlərdi. Yaşlı ağacın budaqlarında səadət içində bahar nəğmələri söyləyirdilər.  Və beləcə ayrılığın soyuq küləklərini hiss edənə qədər sürmüşdü bu mahnı.

       O gün canı kimi sevdiyi yoldaşlarının sağa, sola itələnilib qaxıldığını gördüyündə yarpaq dəliyə dönmüşdü. Ağaca, niyə çiçəklərə sahib çıxmadığını soruşmuşdu. Ağac isə hər şey normalmış kimi təbəssüm edərək bunları pıçıldadı: 


Ardı →