Çil və piqment ləkələri ağardan 3 təbii vasitə

Yazda bir çox insanların dərisində çil və piqment ləkələri əmələ gəlir.
Onları daha az görünən etmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.

1. Limon dilimi
Limon ən yaxşı təbii ağardıcı vasitələrdən biridi. Limon dilimini kəsin və dərinizi silin. C vitamini ilə zəngin olan limon həmçinin dərini cavanlaşdırır.

2. Qatıq
Qatıq dərini ağardır, qidalandırır və cavanlaşdırır. Təzə qatıqda pambıq diskini
Davamı →

Piqment ləkələrinin 9 səbəbi

1. Ultrabənövşəyi şüalar
Bu ən yayılmış səbəbdir. Qarşısını almaq üçün xüsusi krem və losyonlardan istifadə edin, kölgədə «zaqar» alın.

2. Kosmetik prosedurlar
Piqment ləkələrinin əmələ gəlməsinə üz dərisinin müxtəlif apparatlarla təmizləməsi, piling, lazer epilyasiya kimi prosedurlar səbəb ola bilər. Xüsusilə bu prosedurlardan sonra zədələnmiş dəri ultrabənövşəyi şüalanmaya məruz qalarsa. Bu səbəbdən kosmetoloqlar salon prosedurlarını əsasən payız-qış fəsillərində icra etməyi tövsiyə edirlər ki, bu zaman dəri gün şüalarına daha az məruz qalır.

3. Mədə-bağırsaq sistemi xəstəlikləri
Piqment ləkələri qaraciyər və öd kisəsi xəstəlikləri zamanı tez-tez meydana çıxır.
Davamı →

Günəş və ya piqment ləkələrinin çarəsi

Adından məlum olduğu kimi günəş və ya piqment ləkələri, əsasən xanımları olduqca narahat edən bir məsələdir. Müalicəsində müxtəlif vasitələr var, amma mən həmişə ən yaxşılarını və faydalısını yazıram ki, insanlarımızın bitkilərə güvəni azalmasın və zaman keçdikcə bitki aləmini daha da sevsin.

Deməli, ləkənin böyük və ya balacalığından asılı olaraq, 1 stəkan təmiz bala (yarım da götürə bilərsiz) 2 xörək qaşığı ud tozu (tozun tam üyüdülməsinə əmin olun) əlavə olunur və 15-20 dəqiqə qarışdırılır, bal krem halına gəlməlidir.
Davamı →

Dərinin piqmentləşməsi

Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Piqmentləşmənin dərəcəsi dəridə melaninin az və ya çox olmasında asılı olur. Dəridə piqmentləşmə dərinin fizioloji müdafiəsi kimi qiymətləndirilir. Piqmentləşmə, düz düşən günəş şüaları dəriyə təsir edən zaman, kimyəvi maddələrin təsirindən (yod) və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir.

Bəzi hallarda isə endokrin sistemi xəstəlikləri, xroniki infeksia xəstəlikləri (vərəm, malyariya), vitamin çatışmazlığı (Pellaqra), qaraciyər funksiyasının pozğunluqları, müxtəlif kimyəvi-toksiki faktorların (mişyak, xinin) orqanizmə daxil olması, dərinin piqmentləşməsinə səbəb ola bilir. Piqmentləşmə insanlarda xoşagəlməz duyğu yaradan xəstəlikdir. İnsanlar buna məruz qaldıqda çox narahatçılıq hissi keçirirlər.
Davamı →

Piqment ləkələrlə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.


Ardı →