Etiraz etmək psixologiyası

Cahiliyyə cəmiyyətində insanların böyük əksəriyyəti hər hansi bir insanin sözü və davranışı onlari hirsləndirdiyində evin və şkafların qapılarını çirpmaq, qarşısındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, edilməsi lazım olan işi etməmək kimi hərəkətləri heç çəkinmədən edə bilirlər. Quran əxlaqınıb ilən insanlar isə bu davranışların mömin əxlaqına yaraşmadığını bildiklərindən bu tərz hərəkətlərə yol vermirlər. Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına uyğun olmadığını bilə-bilə etirazlarina davam etməkdən çəkinmirlər. Amma bunu o qədər də biruzə vermirlər, daha çox kobud, sakit, səssiz davranışlar edirlər. Belə ruh halında olan insan ona bir sual verildiyində düz və dolğun bir cavab vermir.
Ardı →

Hövsələnizin sərhədi haradadır?

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür. «Aysel» jurnalı səbrinizin dərəcəsini ölçmək üçün sizə test təklif edir. Amma bir şərtlə ki, sualları tez və çox düşünmədən cavablandırasınız

1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?
a) bəli, onlar buna layiqdirlər
b) xeyr, ola bilsin, onlar düz deyirlər

2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...

Ardı →

İnsanın bədən quruluşuna görə xarakter tipləri

Zəif və ya intelektual tip: Zəif, yəni intelektual tipin geniş alnı, böyük bir başı, kiçik üzü vardır. Üzünün cizgiləri zərifdir. Burnu incə, çənəsi itidir. Vücud narın, çəlimsiz və çox zaman zəif olar. Çiyinlər dar və aşağı, qollar bir az uzun və incə, barmaqlar uzun və itidir. Bu tip kəslər zehnən son dərəcə fəal olmaqla birlikdə fiziki baxımdan həssaslıqları qıtdır. Onun üçün bir az tənbəlliyə meyilli olarlar, başqa insanlarla əlaqələri soyuq və cəmiyyət insanı ola bilməzlər


Ardı →

Düşüncələrimizə diqqət yetirək!

Amerikada,Texas əyalətində qalan bir ailənin 11 yaşlı övladı televizorda futbol seyr edən atasının diqqətini özünə cəlb etmək istəyir. Və oyuncaqlarını ona göstərmək istəyir. “ Get başımdan ” — deyən atasının sözündən pis olan uşaq öz otağına gedir. Və bir az sonra yenidən atasının yanına gəldiyi zaman, atası daha da hirslənir. Və “ niyə gedib özünü vurmursan? ” – deyir.Uşaq otaqdan çıxır və silah səsi eşidilir, uşaq özünü qətlə yetirir…


Ardı →

Psixoterapevt

Psixoterapiya — xəstənin psixikasına məqsədyönlü, planlı təsirdir. Onun məqsədi xəstənin bədənində gedən prosesləri onun sağalması üçün dəyişdirilməsidir. Psixoterapiya dərman terapiyası, cərrahi müdaxilə, müalicəvi idman, pəhriz qidalanma və s. yanaşı müalicəvi prosesin elementlərindən biridir. Sinir-psixi əsasda yaranmış xəstəliklərin müalicəsində əsas müalicə üsuludur, digər xəstəliklər zamanı isə yardımçı üsuldur. Mütəxəssislərin fikrincə, terapevtdən və digər həkimlərdən müalicə alan xəstələrin də psixoterapevtə ehtiyacı var. Ona görə də psixoterapiya həkim ixtisası içərisində ən geniş fəaliyyət göstərən həkim olmalıdır. Psixoterapiya həkim ixtisası kimi 1985-ci ildə təsdiq olunmuşdur: həkim-psixoterapevtlərin geniş miqyasda hazırlanması indiyə kimi qaydaya salınmamışdır, hətta iri şəhərlərdə psixoterapevtlər tək-tükdür.


Ardı →

“17 -ci yer”

Həyat və insan. İnsan və psixologiya. Psixologiya “cədvəli»ndə insanlar 3 qrupa ayrılır: pessimist, optimist, realist. Pessimist adamlarda nikbinlikdən əsər-əlamət olmur. Onlar, adətən, hər hansı işin həllinə inanmır, elə düşünürlər ki, həmin məsələnin başa gəlməsi mümkün deyil — bu barədə heç “söhbət gedə bilməz”. Belə anlarda onlar uzun-uzadı fikir-xəyal edirlər. Xəyallar isə, əlbəttə, vəziyyətdən çıxmaqda insana əl vermir, əksinə, qarşıda duran problemi daha da əlçatmaz edir. Bütün bunlar haqda real həyatda nümunələr çoxdur, hər birimiz saysız faktlarla rastlaşmışıq, lakin aydın olsun deyə hamımız üçün ortaq nümunələri xatırlatmaq istərdim.
Ardı →