Ruslan Mollayev " Mauzer "

            Açıq şabalıdı rəngdə saçları az qədər də uzansaydı çiyninə tam çatardı. Kök, yumru üzlü bu qadını deyəsən həbsxanada, müsahibə alanda görmüşdüm. İndi qarşımda dayanıb əlindəki tapançayla məni nişan alır, aramızda on beş metr məsafə olar, mənim də əlimdə onun silahındandı.
Atəş açılır, üzərimə doğru gələn gülləni görürəm, çatar – çatmaz güllədən yayınıb cavab atəşi açıram, hədəfdən yan keçir. Qadının növbəti atəşi ilk güllədən daha sürətlidir, bu dəfə də yayına bilirəm. Baş nahiyyəsini nişan alıram, güllə sinəsinə tərəf uçub paltarına yapışır, sanki çörəkdəndi, ya uzaqdan elə görünür; bir qədər də stulların ayağına vurulan keçəyə bənzəyir… Qadın atəş açmağa davam edir…
Bu qadın qoca dünyadı dostum, hər gün sənə atəş açır, yayına bildiyin qədər qədərini yaşayırsan, sənin atəşin isə hədəflərindir…



14 fevral 2019 cı il

Davamı →

Mənəvi zirvə

NURLAN YUSİFLİ – MƏNƏVİ ZİRVƏ

nurlanBacardım! İndiyə qədər heç kimin qalxa bilmədiyi zirvəyə qalxdım. Buradan insanlar çox kiçik görünür. Onların danışıqları qulağıma çatmır, amma hamısının məni gördüyünə əminəm. Onlara görədə mən çox kiçik görünürəm..Bu zirvəyə çıxan ilk insan olduğuma görə, tək tənhayam. Gözə heç bir canlı dəymir. Havada tutqundur. Budur yağış başladı. Təxminən 1 saatdır ki, ağacın altında oturub yağışın sakitləşməsini gözləyirəm. Danışmağa heç kimim yoxdur. Öz-özümlə baş başayam. Bəlkədə beləsi daha yaxşıdır. İnsanı özündən yaxşı kim anlaya bilər ki? Həmişə insanlardan uzaq belə bir yerdə yaşamaq istəmişəm. Hərdən dostlarımla, ailəmlə keçirdiyim günləri yadıma salıram, amma, qətiyyən darıxmıram.


Ardı →