Koroğlunun qocalığı/Şiringül Musayeva.


-Koroğlu,  al  bu  çayı  ic.
Koroğlu  sarımtıl  rəngli  çaydan  bir- iki  qurtum  aldı.
-Nə  atmısan  buna?
-Çobanyastığı  ,yarpız  ,qantəpər, nanə- cövhər  nə  bilim   nə   — yeddi  cür   bitki   var   bunun  tərkibində.Hamısını  sayım?-  Nigar  tərs-tərs  Koroğluya  baxdı.
-Yox-yox  ,sayma,-  nə  versən   qəbulumdu.Hərcənd   qocalığın   çarəsi  yoxdur,amma...
-Tək  qocalığın  yox,  çox  şeyin   çarəsi  yoxdur.
Koroğlu  gözaltı  Nigara  baxdı.  Qəmgin  idi, necə  də olmasın.
Çayı  qurtum-qurtum  içdi  ,  fincanı  yanındakı   əyriayaqlı  alçaq  mizin  üzərinə  qoydu   və  ayağa  qalxdı
Davamı →

20 yanvar faciəsinin 25-ci il dönümü - Ruhunuz şad olsun!

1990-cı il yanvar ayının 20-də mənfur düşmənlərimizin ərazi bütövlüyümüzü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.

20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.


Ardı →

Bülbül

    Bülbül.

            Gözlərini açmağa çalışdı, açdı da, amma içəri elə qaranlıq idi ki, heç bir şey görmək mümkün deyildi. Bir anlıq harada olduğunu yadına sala bilmədi, bir az fikirləşəndən sonra son bir neçə saatda olan hadisələri yavaş-yavaş xatırlamağa başladı...

 

           … Düşmən qəfil hücuma keçmişdi. Əslində buna “qəfil” demək olmazdı, batalyonda hamı bilirdi ki, ermənilər dünənki hayıfı çıxmağa çalışacaqlar. Üzbəüz mövqelərə bir neçə tank və sair zirehli texnika gətirmişdilər. Ağır döyüşdən çıxmış uşaqlar bərk yorulmuşdular və silah-sursat da tükənmişdi. Komandir arxadakılarla əlaqə saxlamışdı və söz vermişdilər ki, kömək gələcək. Lakin söz verdilər, kömək vermədilər… Və budur, onlar cinahlardan hücum edən düşmənin tələsinə düşdülər.


Ardı →