Qadın xəyanətinin ən acı nümunəsi

  • Esse
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur.

Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.
Davamı →

Rübabə Muradova: Gecikmiş məhəbbət nağılı

...Həyatının tamamilə dəyişib başqa axara düşməsinə səbəb o 1 saat oldu. Cəmi 60 dəqiqə taleyinin dönüş nöqtəsinə çevrildi. Hər şey bir göz qırpımında baş verdi sanki. Əslində nələr olduğunu da doğru-dürüst anlamadı. 13 yaşlı qızcığazın ölkədə cərəyan edən hadisələri bütünlüklə dərk etməsi ağlabatan bir şey də deyildi. Ancaq yaşına uyğun olaraq başa düşdüyü və gördüyü bircə şey vardı. Ata-anası harasa yaman tələsirdi. Evdə əllərinə keçə biləcək nə vardısa – bir-iki dəst pal-paltarı, qiymətli əşyaları tələm-tələsik yığıb, uşaqları geydirdilər. Bax, onda ailənin böyük övladı olan bu 13 yaşlı qız anladı ki, məcburən doğma evlərini, torpaqlarını tərk etməlidirlər. Bircə saat ərzində açılan sərhədi keçib, Azərbaycanın şimalına adlamalıdırlar.
Davamı →

Şüşə xoşbəxtliyi | Kamran Nəzirli

Xoşbəxtlik şüşə kimi bir şeydi; əlindən düşdü, ya sınıb çilik-çilik olacaq, ya da çatdayacaq. Onu gərək bərk-bərk qoruyub saxlayasan; ya da qoyasan balışının altına, toy boxçası kimi gizlədəsən, vaxtı-vədəsi gələndə çıxarasan üzə. Qadın  ömründə ilk dəfəydi ki, belə düşünürdü. Səhərin gözü açılar-açılmaz bu qənaətə gəldi ki, onun “şüşə xoşbəxtliyi”nin vaxtı yetişib; o, əslində heç harda gizlətmədiyi və heç harda axtarmadığı xoşbəxtliyi ötən gecə qəfil tapdı və innən belə nə balışa, nə də toy boxçasına ehtiyacı yoxdu. Həmin “şüşəni” ürəyinin başında gəzdirəcək. Kimin hünəri var onu sındırmağa? Axı o, öz ürəyinin yeganə və əvəzolunmaz hakimiydi! Bu hakimiyyəti ondan heç kəs ala bilməzdi, ölümdən başqa!
Ardı →