Dedi-qodu etmək

Bu sadəcə bir ifadə yoxsa cəmiyyətimizdə olan böyük brpblemlərdən olduğunu gəlin aydınlaşdıraq. Mövzud cəmiyyətimizdə yaşanan evdar qadın xarakterində ən geniş şəkildə rast gəlinən xüsusiyyətlərdən biri «dedi-qodu»dur. Vaxtları, ya da imkanları olmasa belə bir az  dedi-qodu edə bilmək üçün mütləq fürsət tapırlar. Bəzən qapı ağzında qonşularla, bəzən saatlarla davam edən telefon danışıqlarında bu mənzərəni görmək mümkündür. Ancaq burada  əhəmiyyətli olan, bu əxlaqı yaşayan insanların dedi-qodudan dərin bir zövq almalarıdır. Çünki dedi-qodu əsnasında haqqında danışılan adam hörmətdən salınıb alçaldılarkən, dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəblə rəfiqələri ilə danışa biləcəkləri faydalı, ya da zövqlü mövzular  varkən, onlar israrla dönüb-dolaşıb sözü bəzilərinin dedi-qodusunu etməyə gətirirlər. Qonşuları, dostları, qohumları,yoldaşları, televiziya ulduzları və hətta yoldan keçən yad biri belə bu dedi-qodular üçün nümunə ola bilər.
Ardı →