Qadınlarda tüklənmə səbəbləri və müalicəsi

Qadınlarda tüklənmə və ya tibb dilində hirsutizm tünd rəngli tüklərin normalda olmayacağı nahiyyələrdə olması və artmasıdır. Tüklənmə gənc qadınlar arasında tez-tez rast gəlinən problemdir və hormonal yöndən araşdırılmalıdır.
Qadınlarda tüklənmə hormonal pozğunluq nəticəsində, çox zaman da kişi cinsi hormonu olan testesteronun artması ilə yarana bilər. Lakin tüklənmə şikayəti ilə müraciət edən qadınların çoxunda hormonlar normal da ola bilər.
Qadınlarda tüklənmənin ən önəmli səbəbi tüklərin qandakı testesteron adlanan kişi cinsi hormonuna qarşı həssaslığın artmasıdır. Tükləri artıran kişilik hormonları qadınlarda ya yumurtalıqlarda, ya da böyrəküstü vəzdə yaranır.
Davamı →

Qadınlarda tüklənmənin səbəbləri

  • Qadın
Kişilərlə müqayisədə qadınlarda bədənin bir çox hissəsini nazık yumşaq açıq rəngdə tüklər örtür.

Əgər qadında üz (çənə və üst dodağın üstü), sinə, qarın, bud, kürək, bel nahiyələrində qalın qara uzun tüklər əmələ gəlirsə, bu patoloji hal sayılır. Tibbdə bu «hirsutizm» adlandırılır.

Bu halda qadın mütləq endokrinoloqa müraciət etməlidir. Məsələ burasındadır ki, bir çox hallarda bunun səbəbi qadının orqanizmində baş verən hormonal pozulmalardır.

Əksər hallarda hirsutizmin səbəbi qadın orqanizmində kişi hormonların artıq miqdarlarda istehsal olunmasıdır.

Normada qadın orqanizmində az miqdarda kişi hormonları (testosteron və diqidrotestosteron) istehsal olunur. Bu qadın orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Yeri gəlmişkən, kişi orqanizmində də cüzi miqdarlarda olsa da qadın hormonları istehsal olunur.

Lakin qadın orqanizmində kişi hormonların səviyyəsi normadan artıq olduqda, bu bir çox pozulmalara yol açır — menstrual funksiyasının pozulması, sonsuzluq və s. Qadının xarici görünüşündə də müəyyən dəyişikliklər baş verir. Kişi hormonların artması qadınlarda həddən artıq tüklənməni stimullaşdırır. Bu halda qalın qara tüklər qadınlara xas olmayan nahiyələrdə (üz, sinə, qarın və s.) əmələ gəlir. Bundan əlavə qadın orqanizmində kişi hormonların səviyyəsi artdıqda qadının əzələ toxuması arta bilər ki, onun bədən quruluşu kişi bədən quruluşuna bənzəməyə başlayır, qadının səsi qalınlaşır, başın gicgah nahiyələrində saçlar seyrəlir və tökülür, süd vəziləri kiçilir.
Ardı →