35 qəribə fobiya

1. Akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. Araxibutirofobiya — qoz (və ya araxis) yağının damağa yapışacağından qorxu
3. Aulofobiya — fleytadan qorxu
4. Bibliofobiya — kitabxanalardan qorxu
5. Verbofobiya — sözlərdən qorxu
6. Qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. Hidrozofobiya — tərləməkdən qorxu
8. Qrafofobiya — əllə yazmaq (və ya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. Deypnofobiya — nahar əsnasında danışmaq qorxusu
10. Dikefobiya — ədalətdən qorxmaq
11. Dorofobiya — hədiyyə almaq və ya verməkdən qorxmaq
12. İtifallofobiya — ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq

Davamı →

Qəribə fobiyalar

Fobiya Yunanca «phobos» sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.

Davamı →