Ürək qripi nədir?

Qripin ürək çatmazlığına ya da ağciyərdə maye toplanmasına səbəb ola biləcəyi barədə məlumatınız var? Bəli, çox zaman ciddi xəstəlik kimi qəbul etmədiyimiz qrip orqanizm üçün təhlükəyə çevrilir. 

Soyuq qış günlərində tez-tez rast gəldiyimiz qripi çox zaman diqqətə almırıq. Lakin qrip, qaraciyər və ürəyə yayılaraq pnevmaniya və ciddi ürək çatışmazlığına səbəb ola biləcək riskdə bir xəstəlikdir.
Ciddiyə alınmayan qrip virusu keçici olaraq ürək tutulmasına səbəbə olarkən, nadir görülən Koksaki qripi virusları isə ürəyə yerləşərək bir müddət sonra zərər verir.
Davamı →

Xəstəliklər | Qrip

QripHavaların dəyişkən keçməsi ilə əlaqədar daha çox yoluxduğumuz və “keçib gedər” deyə müalicəsindən imtina etdiyimiz qrip sonradan əksər xəstəliklərin “səbəbkarına” çevrilir. Son vaxtlar isə uzunmüddətli öskürəklə müşayiət olunan qriplər daha çox yayılıb. Qripi əlamətlərinə görə bənzər xəstəliklərdən ayırd etdikdən sonra müalicəsinə başlamaq lazımdır. Özünü tədricən göstərən halsızlıq, asqırıq, burun tutulması, boğaz ağrısı, bəlğəmli, ya da fasiləli öskürək soyuqdəymənin əlamətləridir və tez keçib gedir. Qripin əlamətləri isə birdən ortaya çıxır və 3-6 saat ərzində üşümə, halsızlıq, yorğunluq və hərarətin yüksəlməsi ilə müşayiət olunur.

Qrip virusuna yoluxan adam 3 gün ərzində xəstələnir və öskürərkən havaya milyonlarla virus yayılır. Sağlam orqanizmə hava vasitəsilə virus daxil olur və əgər bədənin immuniteti azdırsa, 1-4 gün ərzində xəstə olur. İctimai yerlərdə qripə yoluxma halları daha çox baş verir. Çünki virus xarici mühitdə 2-8 saat qala bilir.


Ardı →

Qripin profilaktikası

Evdə mütəmadi təmizlik işləri aparmaq, evdəki əşyaların üzərini nəm əski ilə silmək, otağın havasını dəyişmək
Sağlam, aktiv və rasional həyat tərzi keçirmək
Açıq havada müntəzəm fiziki hərəkətlər etmək
Orqanizmin fərdiliyindən asılı olaraq gündəlik rejim tərtib etmək
Qrip epidemiyası zamanı qoruyucu tənzif maskalardan istifadə etmək
Qrip ilə yoluxmuş xəstələrdən təcrid olunmaq və immuniteti artırmaq
Limonlu və vitamin C ilə zəngin İmmunotea çayı qəbul etmək
Təbii bir antibiotik olan turpu bol-bol yemək
Gündə 2 ədəd portağalın suyunu içmək
Əllə yeyilən yeməkləri əlinizlə yeməkdən imtina etmək
Sintetik geyimlər yerinə pambıq materiallı paltarlar geyinmək
Davamı →

Qrip xəstəliyinə yoluxduqda

“Bilmirsən payızdır, yoxsa yay, hava gah isti olur, gah soyuq. Qalın geyinirsən istidən “bişirsən“, nazik geyinirsən xəstələnirsən“. İndi bu ifadələr çoxumuzun dilindən tez-tez eşidilir. Həqiqətən də belədir, necə deyərlər, havanın “damarını tutmaq“ olmur, evdən çıxanda bilmirsən hansı geyimə qərar verəsən. Ancaq hər halda yenə də tədbirli olmaq lazımdır, nazik geyinsək də, əlavə geyimləri özümüzlə götürməliyik ki, iqlim sərtləşəndə peşman olmayaq. Çünki xəstələnmələr, soyuqdəymələr daha çox indiki vaxtlarda, payızdan qışa keçid zamanı müşahidə olunur. Bu dövrün əsas xəstəlikləri isə qrip, zökəm, nəfəs yolları infeksiyalarıdır.
Zökəm asqıraq və öskürək nəticəsində havaya yayılan müxtəlif virusların nəfəs borusuna yoluxması nəticəsində meydana gəlir. Bu xəstəliyin əsas əlamətləri aşağıdakılardır:


Ardı →