Qucaqlaşmağın 20 faydası

Qucaqlaşmaq, qucaqlamaq və bir-birinə toxunmaq bir çox dərdə çarədir. Bəzən dərmanlar hər dərdə çarə olmur. Bədbəxt evlilik, sevgi iztirabı, rahat bir yuxu, hətta sağlam hamiləliyin çarəsi qucaqlaşmaqdır.

Son zamanlar insanlarda xoşbəxtlik və güvənlə bağlı tibbi araşdırmalar artıb. Yalnızlığın, fərdiliyin ön planda olduğu indiki vaxtda “niyə xoşbəxt deyilik?” və “nəyi düzgün etmirik?” kimi suallar ortaya çıxıb. Elm bu duyğuları təmin edən hormonları oksitosin adlandırır.

Qucaqlamağı unutmayın!
Davamı →

Qucaqlamaq faydalıdır

Qucaqlamaqla həm sakitləşdirmək, həm ruhlandırmaq, həm sevgini bildirmək və həm də isitmək olar. Lakin bu hələ hamısı deyil. Qucaqlamaqla nəinki ürəkdəki yaraları, həm də fiziki yaraları da sağaltmaq olar. Bütün bunların səbəbi oksitosin elementidir.

Qucaqlamaq və öpmək kimi hərəkətlər insan bədənində “həzz hormonu” olan oksitosinin miqdarını artırır və bu da həyəcanı aşağı salaraq həzz hissini, sakitliyi və təhlükəsizlik hissini artırır.

Oksitosinin xeyirli cəhətləri bununla bitmir. Qeydə alınıb ki, oksitosin yaraların sağalmasına kömək edir, çünki onun soyuqdəyməni aradan qaldırmaq kimi xüsusiyyəti var. Bu fakt sübut edir ki, bizim hiss etdiyimiz pozitiv emosiyalar doğurdan da bizim sağlamlığımıza təsir edir və bu heç də özünü inandırmaq hissinin təsiri deyil.


Davamı →