İSA MUSA QUŞU...

"İki oğlan cüt sürürmüş, biri İsa adında, biri də Musa adında. Bunlar yorulub bir az yatıllar ki, dinşdərini alsınlar. Öküzdər açılıp qaçıllar.
İsaynan Musa oyanır ki, öküzdər yoxdu. Nə qədər axdarıllarsa tapammırlar. Ağaları da çox əzazil adam olur. Bı uşaxlar qorxularından əvə qayıdammırlar. Allaha yalvarıllar ki, bizi quşa döndər. Allah bınları quşa döndərir. Bınlar başdıyıllar öküzdəri axdarmağa. Həmmişə də bir-birinnən soruşullar ki, tapdın?"

Mənbə:VikiMənbə

MÜƏLLİFDƏN; Mənim yaşadığım Rayonda bu quşun səsini eşitmək mümkündür.Və demək olar ki, bir çox kəndlərdə də bu quşun səsi aydin eşidilir.Bəzi böyüklərdən aldığm məlumatlara görə bu quş nadir hallarda insan gozunə görünur.Və bu quş sanki, insana bənzəyir.


Davamı →

Flaminqolardakı dizayn

Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir. 

Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir. 

Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlılarısudansüzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.


Ardı →

Zəhəri toxumları zərərsizləşdirən Araralar

Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.

Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal ölər. Zəhərlənməsinə səbəb olan amili necə aradan qaldıracağını təcrübədən keçirərək öyrənməsi mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünmək üçün şüuru da yoxdur.


Ardı →

Quşların yaralı təqlid etmə səhnəsi

Bəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar.

Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər. Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər. Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır.

 


Davamı →

Maraqlı məlumatlar

Snayper sözü ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Səbəbi isə şəkildə gördüyünüz quşdur. Onun adı snipe-dır. Ovçuların onu nadir hallarda ovlaya bildiyi üçün snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.


Ardı →

Ən uzağa uçan quşlar hansılardır

Aleut suqaranquşu hər il bu diyardan o birinə köçərkən 40000 km məsafə qət edir. Şimal yarımkürəsində yay olanda Arktikada yuva qurur. Cənub yarımkürəsində yay olanda oraya uçur, çünki yay vaxtı burada yem çox olur.

 

BÖYÜK  ÇİNƏDANLI  PELIKAN

 

Balıq tutmaq üçün o, dimdiyini açaraq suya düşür və onun böyük çinədanı su və balıqla dolur. Onda pelikan başını yuxarı qaldırır, su axıb gedir, çinədanda qalan balıqları isə udur.


Ardı →

Bayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.
Ardı →