Token nədir?

Token – kriptovalyuta sektorunda son zamanlar tez-tez işlədilən terminlərdən biridir. Bu araşdırmada tokenlər, onların növləri və xüsusiyyətləri, kriptovalyutalar ilə fərqli və oxşar cəhətləri barədə maksimum faydalı və lakonik izah etməyə çalışacam.
Token – rəqəmsal valyutanın bir növüdür və ingilis dilində tərcümədə simvol, jeton mənasını verir. İlk token 1787-ci ildə İngiltərədə yaradılmışdı. Tokenlərə ehtiyacın əsas səbəbi isə gündəlik əməliyyatlar üçün kiçik nominallı sikkələrin olmaması idi. Bu tip tokenlərin buraxılması adətən lokal xarakter daşıyırdı və konkret əyalətlərdə müəyyən məhsulların alınması və ya dəyişdirilməsi zamanı keçərli idi. Müasir dövrdə tokenlər 2 əsas funskiyanı – maliyyə aləti kimi və informasiya təhlükəsizliyini təmin edilməsi funksiyasını yerinə yetirir. Təcrübədə tokenlər əsasən maliyyə aktivi kimi daha çox istifadə edilir.

Davamı →

Kriptovalyuta nədir?

Kriptovalyutalar rəqəmsal mübadilə vasitələridir. Hansı ki, kriptoqrafiyanı tətbiq edir və əməliyyat məlumatlarını paylaşaraq təhlükəsiz, gizli,nəzarət oluna bilən və potensial olaraq sabit olan pul sistemini yaradır.
Kriptovalyutalar öz adını kriptoqrafiyanın tətbiq olunmasından alıblar. Kriptoqrafiya əsasən təhlükəsiz və şəxsi bir mesaj göndərmək niyyəti ilə edilən əməliyyatları, həmçinin məlumat təhlükəsizliyi və identifikasiyası kimi əməliyyatlar üçün də məlumat şifrələməyin üsullarını öyrədir. Hər iki kəlmənin başlığında istifadə olunan “kripto” sözü Yunan dilində olan “kruptos” sözündən yaranıb və mənası “sir” deməkdir. Kriptovalyulatlar kriptoqraflar tərəfindən həm senzuraya, həm də fırıldaqçılığa davamlı olan rəqəmsal pul vahidi sistemini yaratmaq üçün inkişaf etdirilmiş bir çox texnologiyaları və nəzəriyyələri özündə cəmləyir.

Davamı →