Kim Ki Duk

  • Kino
1960-cı ildə Cənubi Koreyada dünyaya gələn Kim Ki Duk ailəsinin maddi sıxıntıları ucbatından doğru-dürüst məktəbə gedə bilməyib. 15 yaşından isə məktəblə birdəfəlik vidalaşıb. Bir çox fabriklərdə çalışıb. 20-25 yaşlarında hərbi xidmətdə olub və 2 il gözdən qüsurlular üçün kilsədə işləyib. 1990-cı ildə isə Parisə köçüb. Kimin heç bir təhsili olmasa da iki il Avropada rəsm çəkib satmaqla dolanıb.

İlk film
32 yaşında Parisdə ilk dəfə filmə baxıb. “Quzuların Səssizliyi” filmindən təsirlənən Kim Koreyaya qayıdaraq ssenari yazmağa başlayıb. Dəfələrlə rədd cavabı alsa da, nəhayət film sektoruna daxil ola bilib. Kino təhsili olmayan Kim Ki Duk film sənayesi ilə bağlı ənənəvi üsullarla film çəkməyin bezdirici olduğunu deyib: “Film çəkmək üçün ən gərəkli amil həyatdır. Film həyatın görüntülü yaddaşıdır. Əsgərilkdə yaşadıqlarım, fabrikdəki günlərim, qarşılaşdığım bütün insanlar mənim kino təhsilimdir, kino ləvazimatımdır”.
Davamı →

Rejissorlar kino haqqında

  • Kino
1. Lars Fon Triyer
“Tarkovskinin niyə möhtəşəm olduğunu izah etmək çətindir, amma məncə onun filmlərinə baxanda sanki adama vəhy gəlir.”

2. Jan Lük Qodar
“Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək.”

3. Federiko Fellini
“Yaxşı filmin qüsurları da olmalıdır. Həyat kimi, insanlar kimi.”

4. Alfred Hiçkok
Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır.
Davamı →

Azadlıq sevgidi

  • Kino
La-Mança şəhərinin kino yaradıcılığına təsiri…
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir.

Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
Davamı →

Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.
Davamı →

Kino estetikasını dəyişdirən rejissor - Krzysztof Kieslowski

  • Kino
Filmlər heç bir şeyi dəyişdirə bilməz, amma insanların bir çox şeyi başa düşməsinə kömək edə bilər, dünyanı dəyişdirəcək olan şey filmlər deyil, o fimləri izləyən insanlardır.
Krzysztof Kieslowski
Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun şairi olan bu insanı bir az yaxından tanıyaq...

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik.
Davamı →

IMDb top 250`də ən çox filmi olan rejissorlar

  • Kino
Başlanğıc qeydi: Filmlərin adını tərcümə edib o möhtəşəm adları öz əllərimlə pozmaq istəmədim.

Siyahıya çəkdiyi 70 filmdən 8`ini ilk 250 film sırasına qatmağı bacaran Alfred Hitchcock başçılıq edir. Təsadüfi deyil ki, onun siması fəaliyyəti dövründə bir çox aktyor və aktrisadan daha çox tanınırdı. Eyni zamanda «Alfred Hitchcock Presents» və «The Alfred Hitcock Hour» televiziya seriallarının da müəllifi olması onun daha da tanınmasına səbəb oldu. «Rebecca» filminə görə Oscar almış bu rejissor daha çox cinayət, sirr, psixolojik triller janrında və yaddaşlara dərin iz buraxan filmlərə imza atmışdır. Köhnə filmlərin sıxıcı olduğunu düşünənlər Hitchcock vasitəsilə bu fikirlərini darmadağın edə bilərlər.
Davamı →

Kino tarixinin 15 dahi rejissoru

  • Kino
15. Vudi Allen

Amerikalı rejissor, prodüser, aktyor, yazar və musiqiçi Vudi Allen. 1 dekabr 1935-ci ildə Nyu-Yorkda anadan oldu. Əsərlərində əsasən insan münasibətləri və qara yumor qabarıqdır. Hardasa 50 ildir ki, film sektorunda yer alır və bir maşın kimi çalışan zəkası sayəsində hər il bir film çəkmək və ssenari yazmaqdan qalmır.

Ardı →