Ədəbi məktəb məsələsi

Ədəbiyyat tarixinin zənginliyi, bu tarixin dövr və mərhələləri, onun yaşamaq qüdrəti bilavasitə yazıçıların şəxsiyyətinə və onların yaratdıqları bədii əsərlərə bağlıdır. Bədii əsərlərin gücü və gücsüzlüyü bu əsərləri qələmə alan sənətkarların mənsub olduqları həm ədəbiyyatın, həm də müəyyən qədər xalqın gücünü və gücsüzlüyünü ifadə edir. Ona görə də bütün tarix boyu ədəbiyyatın öyrənilməsi və təbliği heç vaxt arxa plana keçməyib, ədəbiyyat həmişə insanlara təsir gücünü, tərbiyəvi əhəmiyyətini qoruyub saxlayıbdır. Bədii əsərlərin mütaliəsində, öyrənilməsində və yayılmasında müəyyən ləngimələrin, əngəllərin və gecikmələrin müşahidə edilməsi isə tamamilə ayrı bir məsələdir.

Davamı →