Damarların ən sadə üsullarla təmizləməsi

Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur.Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir. Kayzen.az saytı modern.az-a istinadən damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edir.

Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:

1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.

2. Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır.


Ardı →

Elektron Siqaret Sağlamlığa Ziyandırmı?

Hisar Intercontinental Hospital Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Serhat Fındıkın siqaret bağımlılığı və elektron siqaret haqqında müsahibəsini kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Ağciyər xərçənginin bir nömrəli səbəbi olan siqareti əvəz edən və son zamanlarda siqaret alüdəçiləri  üçün yeni bir alternativ olaraq ortaya çıxan elektron siqaretlə bağılı Prof. Dr. Serhat Fındık bildirir ki, elektron siqaretin içində normal siqaretdən fərqli olaraq 3 mindən çox kimyəvi maddə mövcud deyil. Elektron siqaretin tərkibində yalnız maye nikotin var. Hər biri tək başına xərçəng əmələ gətirə biləcək bu qədər çox kimyəvi maddə arasında bəlkə də ən az zərərlisi nikotindir.

Bilinənin əksinə olaraq nikotin siqaretin ən zərərli maddəsi deyil, amma asılılıq yaradan maddəsidir. Yəni bir başqa sözlə, siqaret çəkilməsinin əsas səbəbi tərkibində olan nikotin maddəsidir. Elektron siqaret üçün təyin olunan maye nikotinin dəyərləri vardır. Bu dəyərlərin üzərində maye nikotin ehtiva edən siqaretlər bədəndəki tarazlığı pozur, təzyiqi yüksəldir, ağciyər xərçəngi, ürək damar xəstəlikləri riskini artırır.

Təxminən 20 il əvvələ qədər filtrli, mentollu ya da «light» siqaretlər çıxmadan əvvəlki dövrdə ağciyər xərçənginin dünya üzərində ən sıx görülən növü yastı hüceyrəli («epidermoid») xərçəngi idi. Bu xərçəng xəstəliyi tipi tez diaqnostika edildiyində müalicəyə daha yaxşı cavab verirdi.


Ardı →

İnfarktın ilkin əlamətləri və ilk tibbi yardım.

Ürəyin kifayət qədər oksigen ala bilməyib ölməsinə infarkt deyilir. 
Bəs infarktın ilkin əlamətləri nələrdir?

İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır.

Bir çox infarkt sinə qəfəsinin mərkəzində, yaxud tam yeri müəyyən olmayan sıxılma hissi verən bir ağrı şəklində yüngül bir narahatlıq olaraq başlar. Sinənin mərkəzində bir neçə dəqiqə davam edən və ya gəlib gedən narahatlıq hiss edilər. Bu ağrı sol qola və çənəyə doğru yayılar. Ağrı hərəkət etməklə artar, dayanarkən azalar, lakin keçməz. Ağrı yarım saatdan uzun davam edər. Ağrıyla birlikdə soyuq tərləmə və ürək bulanması verər.


Ardı →

Qış mövsümündə saç baxımı yolları

Qışda baca tüstüləri, ağırlaşan hava, yağış, qar və soyuq havalar sağlamlıqla bərabər saçlara təsirsiz ötüşmür.
Soyuq və quru havanın artıq olması daha çox saç kökünün qurumasına, zəifləməsinə və köhnəlməsinə təsir göstərir. Bu baxımdan qış mövsümündə saçlarımızın diqqətə və gözəl düzülüşə ehtiyacı var. Həmçinin külək və havada olan nəm nəzərə alınmaqla saç dərinliyi və saçlarınızın quruması probleminə diqqət yetirmək məsləhətdir. Saç quruluğu elektriklənmədən və ya pis görünüşlü saç saxlamaqdan ola bilər.    
 Onuda xüsusi ilə vurğulamaq lazımdır ki, havalar saç kökündəki nəmə də təsir edir. Buna görə bu aylarda saç baxımı üçün təbii və nəmləndirici effektə malik məhsullardan istifadə edə bilərsiniz. Daha çox baş nahiyəsini isti saxlamaq lazımdır. Tekstil məhsullarından istifadə edənlər isə bu məhsulların çox möhkəm və bağlı olmamasına, saçların nəfəs almasına və qan dövranının sağlam olmasına fikir verməlidir.
Bu sadə prosedurlar saçların yaxşı formada qalmasına kömək edir.

Onuda qeyd etmək lazımdır ki, saçları külək və soyuq havadan qoruyarkən oksigensiz tutduqda tökülmə, zəifləmə kimi əlamətlər ola bilər.

Ardı →

Kompüterin gözə mənfi təsirinin aradan qaldırılması yolları

Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi? İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı:

— görmə itiliyinin zəifləməsi;

— yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);

— əşyaları ikili görmə;

— yazı oxuyarkən tez yorulma;

— gözlərdə yandırma hissi;

— gözə “qum düşməsi” hissi;

— göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;

— gözlərin qızarması?

Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”).


Ardı →

Soyuq havada idman

Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.  Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik:

 İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.

 Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin.

 İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.

 
Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için.  15-20  dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın.

 İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə  isti bir yerdə oturub dincəlin.


Ardı →

Saçları uzatmağın 8 üsulu

Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?

Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E  vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.

Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.

Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.

Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.

Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar.  Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.


Ardı →

Sağlam uşaqlar ildə 5-8 dəfə xəstələnməlidirlər

ÜST-nın mütəxəssisləri bu fikirdədirlər 

ÜST-nın mütəxəssisləri bu fikirdədirlər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ildə 5-8 dəfə virus infeksiyası və qrip kimi xəstəliklərə yoluxan məktəb yaşına çatmamış uşaqların sağlam olduqlarını iddia edirlər. Mütəxəssislər hesab edirlər ki, bu, onların immunitetinin normal inkişafının əlamətidir.

Uşaq virus və bakteriyaların yaşadığı dünya ilə tanış olur. Mütəxəssislərin sözlərinə görə əgər immunitet düzgün inkişaf edirsə, orqanizm buna xəstələnməklə reaksiya verəcək.

Xəstələnməyən uşaqlar zəif immunitetə malikdirlər və qrip kimi xəstəliklər əvəzinə onlarda daha ağır xəstəlik qazanmaq riski daha çoxdur.

Hər payız uşaqlar arasında xəstələnmə halları mütləq artır. Həkimlərin sözlərinə görə valideynlərin uşaqları gigiyenaya alışdırmaları vacibdir.

12 September, 2012

Mənbə:http://az.itv.az/saglamliq/33971.html


Davamı →