Saitlərin tələffüzü

Türk dilinin saitləri ilə Azərbaycan dili saitlərinin tələffüzündə əsaslı fərq yoxdur. Saitlərin qısa və uzunluğu da əsasən eynidir.
Azərbaycan dilində olduğu kimi türk dilində də başqa dillərdən alınan bir sıra sözlərlə saitlər uzanır. Məsələn: aile, davet, alim, adalet, ceza, istiklal və s. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq türk dilində alınma sözlərdə saitlərin uzun və ya qısa tələffüzü sözün lüğət mənasını dəyişdirmək xüsusiyyətinə malikdir.


Ardı →

Saitlərin bölgüsü

Türk dilinin saitləri üç prinsipə görə bölünür:
1. Dilin vəziyyətinə görə:
a) dilönü və ya incə saitlər: e, i, ö, ü.
b) dilarxası və ya qalın saitlər: a, ı, o, u.


2. Dodaqların vəziyyətinə görə:
a) dodaqlanan saitlər: o, u, ö, ü.
b) dodaqlanmayan saitlər: a, ı, e, i.


Ardı →

Bəzi sait səslərin tələffüzü

Uzun tələffüz olunan sait səslər.
Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır
Ardı →

Fonetika, sait səslərin bölgüsü

Fonetika nəyi öyrənir?
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir- səslər, hərflər, sözlər, cümlələr və s. Fonetikada öyrənilən səslər və hərflər ən kiçik vahidlərdir. Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir.
Tələffüz zamanı ifadə etdiyimiz səslər danışıq səsləri adlanır.Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri fəal iştirak edir.Danışıq səsləri şifahi nitqin vahidləridir.Yazılı nitqdə isə bu, hərflərlə öz əksini tapır. Səslər hərflərdən müəyyən cəhətlərə görə fərqlənir:
Səslər tələffüz olunur və eşidilir.
Hərflər yazılır və oxunur(görünür).
Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan istifadə olunur: [ ]
Tələffüz etdiyimiz səslər oxşar və fərqli cəhətlərinə görə iki qrupa bölünür: 1) sait səslər 2) samit səslər
Davamı →

Fonetika

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Davamı →

Sözün hecaları

Sözlər, məlum olduğu kimi, hecalara ayrılır. Sözdəki hecaların sayı onun tərkibindəki saitlərin miqdarından asılıdır, başqa cür desək, sözdə neçə sait varsa hecaların da sayı o qədər olur. heca bir qayda olaraq sait və samitdən (və ya samitlərdən) ibarətdir; до-ли-на, до-мна, се-стра. hecada bir səs də ola bilər, lakin bu səs hökmən sait olmalıdır; о-ке-ан, бе-лы-е. Rus dilində hansı sözlərdə ki, saitlər və samitlər bir-birini ardıcıllıqla əvəz edir, yəni samitdən sonra sait və əksinə, saitdən sonra samit gəlirsə, orada hecalara ayırmaq asandır. Məsələn; до-ро-га, ра-бо-та, мо-ло-ко, мо-ло-ток,

Bəs iki və ya üç (bəzən də hətta dörd) samit bir yerdə gələn, yəni biri digərindən sonra gələn sözlər hecaya necə bölünürlər? Misal üçün, подбор, просмотр, точка, актёр, земля, производство, распределение və s. kimi sözləri hecaya neçə ayırmaq lazımdır? Bu suallara belə cavab vermək olar: rus dilində hecaya ayırmanın əsasında yüksək gurluq prinsipi (hecada səslərin elə yerləşməsi ki, əvvəlcə gur səs, getdikcə isə zəif səs) durur. Ən gur səslər saitlərdir, nisbətən az gurlu səslər küylü samitlərdir, sonor samitlər isə (л, м, н, р) orta səviyyəli gurluğa malikdirlər. Deməli, yuxarıdakı sözlər hecalara belə bölünməlidir: по-дбор, про-смотр, то-чка, а-ктер, зе-мля və s.
Ardı →