Yuxusuzluq hesabına fasiləsiz seriallar izləyirsiniz

Bütün gün oturmaq, divanda, yataqda əyləşmək və hamının danışdığı Netflix-ə baxmaq İngilis dilində “binge-watch” adlanır. Yəqin ki, siz də edirsiniz. Ancaq siz tək deyilsiniz, xüsusən Covid-19 pandemiyası ilə gələn karantin səbəbiylə milyonlarla insan ekranlarının qarşısında televiziya seriallarını izləyir.
Serial, film platformalarında yeni üzvlərin sayı rekord qırır. Netflix üzvlərinin sayı 2020-ci ilin ilk rübündə 16 milyona çatdırdı. Üstəlik, bu rəqəmlər qeydə alınanda hələ karantin rejimi yox idi.

Davamı →

Seriallara baxmağın faydaları


Bir çoxları serialların vaxt itkisi və mənasız bir əyləncə növü olduğunu düşünür. Psixoloqların apardığı araşdırmalar isə bunun tam əksini sübut etdi:

1. Seriallar əhval-ruhiyyəni qaldırır
Depresiyyadan əziyyət çəkirsinizsə, sevdiyiniz seriallar bu dönəmdə sizin əlinizdən tuta bilər. Əlbəttə ki, bu ağlınızı pis fikirlərdən yayındırmaq üçün bir neçə yoldan biridir. Bundan başqa siz dostlarınızla görüşə bilərsiniz, idmanla məşğul ola bilərsiniz, diqqətinizi işinizə verə bilərsiniz, ancaq razılaşın ki, bir çoxları üçün bu üsullar effektiv deyil. Xüsusilə introvertlər üçün.
Davamı →