Fransa Birinci Dünya Müharibəsindən sonra

Ərazisində hərbi əməliyyatların getməsi ilə əlaqədar ölkənin şimal-şərqində yerləşən və iqtisadi cəhətdən daha yaxşı inkişaf etmiş 10 departament viran qoyulmuşdu. Əmək qabiliyyətli əhalinin sayı azalmışdı. Fransa müharibədə milli sərvətinin 1/4-ni itirmişdi. Hərbi əməliyyatlar başlamamışdan əvvəl dünyanın əsas kreditor ölkələrindən olan Fransanın müharibədən sonra müttəfiqlərinə xeyli borcu var idi. Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyalarında baş vermiş inqilablar nəticəsində onun xaricdə kapital qoyuluşu xeyli azalmışdı. Müharibə illərində sənayesini texnoloji cəhətdən yenidən quran Fransa dünyanın aparıcı sənaye ölkələrindən biri oldu. Hərbi cəhətdən ən qüdrətli dövlətlərdən birinə çevrilməsi beynəlxalq aləmdə ona aparıcı mövqe qazandırdı. Müstəmləkə mülklərinin genişləndirilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Almaniyanın Saar daş kömür mədənlərindən yararlanması, genişmiqyaslı bərpa işlərinin aparılması iqtisadiyyatın inkişafına güclü təkan verdi.


Davamı →

Versal-Vaşinqton sistemi

Birinci Dünya müharibəsi fəlakətlə nəticələndi. Milyonlarla insan həlak oldu və yaralandı. Dünyanın siyasi və sosial-iqtisadi inkişafında böyük dəyişikliklər baş verdi. Dörd böyük imperiya dağıldı. Müharibədən sonra qısamüddətli sabitlik yaransa da, sonralar yeni ziddiyyətlər və münaqişələr meydana gəldi.
Avropa 1920-ci ildə

Davamı →

İtaliya XIX əsrin I yarısında.

XIX əsrin əvvəllərində İtaliya ərazisi yenidən Avropa dövlətlərinin müharibə meydanına çevrildi. İtaliya dövlətlərinin və Avstriyanın Fransa ordularının müdaxiləsinə qarşı apardıqları uğursuz müharibələr nəticəsində ölkənin bir hissəsi fransız qoşunlarının işğalı altına düşdü. Yalnız Siciliya və Sardiniya bu işğaldan kənarda qalırdı. 1802-ci ildə Napoleon Bonapartın başçılığı ilə işğal olunmuş əraziləri əhatə edən İtaliya respublikası yaradıldı. Müharibələr təsərrüfatda dağıntılara səbəb oldu. Fransız qoşunlarının zəbt edilmiş ərazilərdə apardığı genişmiqyaslı müsadirələr əhalinin vəziyyətini daha da ağırlaşdırdı.
Davamı →

XIX əsrdə ictimai-hərəkatlar, siyasi partiya və təşkilatlar

Kapitalizmin bərqərar olması ilə cəmiyyətin ictimai-siyasi həyatında da köklü dəyişikliklər yarandı. Onun sosial-sinfi strukturunda, siyasi quruluşunda yeniliklər baş verdi. Cəmiyyətdə siyasiləşmə gücləndi. Siyasiləşməni ehtiva edən ideyalar, cərəyanlar, prinsip və konsepsiyalar, hərəkatlar, partiya və təşkilatlar formalaşmağa başladı. Böyük Fransa inqilabından sonra bu proses daha da gücləndi. Müxtəlif istiqamətli siyasi partiya və təşkilatlar meydana gəlməyə başladı. ABŞ-da, İngiltərə və İtaliyada ilk burjua partiyaları yarandı. 1828-ci ildə ABŞ-da Demokratlar partiyası, 1832-ci ildə İngiltərədə Liberallar və İtaliyada Respublikaçılar partiyaları yaradıldı.


Ardı →

XX əsrdə dövlətlərarası münasibətlər

Faşizmə və militarizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədilər. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ də öz növbəsində nüfuz dairəsini genişləndirmək üçün dünya kommunist inqilabı ideyasını həyata keçirmək iddiasında idi. Bu məqsədlə o, güclü təsiri olan Avropa və Asiya ölkələrində sovetpərəst hökumətlərin formalaşmasına yardım etdi. Dünya sosializm cəbhəsi yarandı. Beləliklə, dünyada iki fövqəldövlət (ABŞ və SSRİ), iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi-siyasi blok – NATO (1949) və Varşava Müqaviləsi Təşkilatı (1955) yarandı. Onların arasında “soyuq müharibə” başlandı. “Soyuq müharibə” ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi rəqabət-yarış formalarında aparılırdı. Bu, tərəflərin “dinc yolla” bir-birinə qarşı ölüm-dirim mübarizəsi idi. “Soyuq müharibə”yə ilk çağırış U.Çörçillin 1946-cı il martın 5-də ABŞ-ın Fulton şəhərindəki çıxışı oldu.


Ardı →