Bunları edərək özünüzü bədbəxt etməyin!

Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalıyıq.

Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin


Davamı →

Reklamın marketinq təsnifatı və formaları

Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəyyənləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məqsəd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyənləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləşdirilməsini tələb edir.


Reklamın marketinq təsnifatı reklamın kimin adından verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə, hansı əsas məqsəd üçün verilməsinə görə daha xırda, xüsusi növlərə ayrılmasını özündə birləşdirir. Reklamın marketinq təsnifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.


Ardı →