Subliminal mesajlar

Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.


Ardı →

Subliminal mesajlar

Adına televiziya deyildi ilk olaraq. «Vericidən ötürülən dalğaların görünüş və səs olaraq görünməsini və duyulmasını təmin edən cihaz» deyə anlamlandırılır. Kim bilərdi televiziya izləyənlər özündən keçəcək. Bizlərə həmişə televiziyanın fiziki zərərlərindən bəhs etdilər. Üç metr geridən izləniləcək, qaranlıqda izlənməyəcək və s. kimi… Kimsə çıxıb televiziyada verilən yayınlardakı proqramların, filmlərdəki və sinemalardakı zərərlərdən bəhs etmədi. Bir baxış yaradır deyə toxunmaq istəyirəm bu mövzuya.

Televiziyanın zehnimizə etdiyi təxribat fiziki zərərlərindən qat-qat daha çoxdur. Bu təxribatı və müalicə şəklini, Alman Beyin Məşq Təşkilatı Başçısı Prof. Bern Fişer: "İki saat televiziya seyr etməklə beynin uyarımdan məhrum edilib, beyində yaratdığı tənbəlliyi aradan qaldırmaq üçün bir həftə zehin məşqi etmək lazımdır" şəklində dilə gətirir. Bir də gündə 2 saat televiziya izləmənin bizdən nələri oğurladığını hesablayaq.Bir adam gündə 2 saat televiziya izləsə, ildə 730 saat edər. Bu da 12 aydan 1 ayını gecə-gündüz televiziya izləməklə keçirmiş olacaq. Zaman mənim üçün qiymətlidir, boşa xərcləmək istəmirəm. Geri gətirə bilmədiyimiz şeylərin qiymətini bilməliyik. Zamanda su kimi axıb gedərkən geri gətirmək mümkün deyil. Buna görə zamanımızı televiziya başında sərf etmək əvəzinə, gündə 2 saat kitab oxuyan bir adam inanılmaz məlumat təcrübəsinə sahib olacaq. 2 saat ibadət edən adam Allaha daha da yaxın olacaq. Ailənizə ayıracağınız 2 saat, ailəiçi məhəbbətinizi artıracaq. İşinizə ayırdığınız 2 saat cibinizə yarayacaq. Və nələr,nələr. Nümunələri artırmaq mümkündür.


Ardı →