Sızanaqsız üz üçün 14 məsləhət

Yaşından və cinsiyyətindən asılı olmayaraq hər birimizin xəyalı təmiz və sızanaqsız bir dəridir. Amma hava çirkliliyi, qida rejimimiz və bir çox məqamı nəzərə alsaq sızanaqsız dəri bizim üçün əlçatmaz olur. Vaxt azlığından və ya aylıq gəlirimiz buna yol verməməsi səbəbindən də adətən kosmetoloji xidmətlərdən faydalana bilmirik. Bunları nəzərə alaraq, bu gün sizə sərfəli və evdə edə bləcəyiniz dəri təmizləyici, qidalandırıcı bəzi məsləhətlər verəcəyik. 




İlk növbədə sızanağı aradan qaldıran vasitələri tanıyaq.
Davamı →

Civzələrin yaranma səbəbi

Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.

Davamı →

Akne

Akne yəni üzdə olan kiçik və çoxsaylı sızanaqlar hal-hazırda geniş yayılmış şikayətlər arasında ön yerlərdədir. Yaranma səbəbləri müxtəlifdir. Ən əsas səbəblərdən biri olan hormonal səbəbləri isə bunlardır.

Müxtəlif hormonal dəyişikiliklər, o cümlədən yeniyetməlik dövrünə xarakter olan təbii hormonal sıçrayış ola bilər. Müəyyən rolu həmçinin həm qadınlarda, həm də kişilərdə qandakı kişi cinsi hormonlarının artan miqdarına piy vəzilərinin genetik qeyri-adekvat reaksiyası da oynaya bilər.

Aknenin yaranmasından məsuliyyətli olan hormonlara testesteron, böyümə hormonu, İGF-1, prolaktin, DHEAS, esterogendir. Ancaq qeyd etmək lazımdır ki, hormonal problemlər nəticəsində yaranan sızanaqlar, yalnız bu şikayətlər olmur. Həmçinin, aybaşı pozğunluğu, artıq çəki, kişi tipli tüklənmə, saç tökülmə kimi şikayətlər də bununla yanaşı gedə bilər.

Davamı →

Kişilərin sızanaq problemi

Əksər insanlar sızanaqlardan bir xeyli narahatdırlar. Əslində bu çətinlik yalnız qadınlara aid deyil. Həmçinin kişilər də sızanaqlarla, civzələrlə mübarizə etmişdir ya da edir. Bu yazı elə həmin şəxslər üçündür.

Sızanaqdan “necə xilas olum?”, “sızanaq maskaları nələrdir?” kimi suallara cavab axtarırsınızsa doğru yazını oxuyursunuz.


Əvvəl səhv bildiklərimizlə başlayaq!
Davamı →

Kürək və çiyinlərdəki sızanaqların səbəbləri

İnsanın demək olar bütün bədəni piy vəziləri ilə örtülür. Bu vəzilərin ifraz etdiyi dəri piyi dərinin sağlamlığı üçün olduqca vacibdir.

Lakin bəzən müxtəlif səbəblərə görə dəri piyi daha çox miqdarda ifraz olunmağa başlayır ki, piy məsamələri tıxanır, burada mikroblar sürətlə artmağa başlayır. Nəticədə iltihab və sızanaqlar əmələ gəlir.
Davamı →

Sızanaqlarla mübarizə

Civzələr üzdə əmələ gələn ağ və qara nöqtələrdi. Bu, adətən üzü yağlı, dərisi məsaməli olan adamlarda əmələ gəlir. Üzdəki civzələri sıxmaq qəti qadağandı. Çünki bu yolla dərialtı toxumaya infeksiya keçə bilər. Civzələri ev şəraitində üzü buxara verməklə təmizləyirlər. Bu üsulla bütün qara civzələri təmizləyə bilmirsinizsə, onda həkim-kosmetoloqa müraciət edin.


Ardı →

Sızanaqlardan xilas olmanın 3 effektiv üsulu

Xüsusilə gənclərin əsas kosmetik problemlərinə çevrilən sızanaqlar yaz-yay fəsil dəyişikliyi dönəmində “qarşısıalınmaz” problemə çevrilir.Lakin,böyük əksəriyyətimiz bilmirik ki,hamının mətbəxdə tapa biləcəyi adi qida məhsulları nəinki bu kimi xoşagəlməz “qonaqlar”ın gəlməsinin qarşısını alır,hətta onlarıdan sonra üz dərisində qalan çapıq cə ləkə izlərinin də formalaşmasının qarşısını alır.Sadə formada aşağıdakı deyilənlərə əməl etməklə siz kosmetoloqa müraciət etmədən ev şəraitində daha ucuza sızanaqlar və onların sonrakı fəsadlarından qorunmuş olarsınız.


Ardı →