Yeni dövrün səyyahları

Qriqori Ivanoviç Şelixov (1747-1795)

Rus tədqiqatçılarının Şimali Amerikanın Alyaska sahillərində ilk dəfə olmaları XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu zamandan etibarən ruslar Şimali Amerikanın qərbində məskunlaşmaqla tədricən cənuba doğru irəliləməklə müasir San-Fransisko (Frensisi Dreykin adını daşıyır) şəhərinə qədər çatmışlar. Beləliklə, Alyaska uzun müddət rus hakimiyyətinin təsir dairəsinə çevrilmişdir. Alyaskanın mənimsənilməsində mühüm rol oynayan tədqiqatçılardan biri Qriqori Ivanoviç Şelixov olmuşdur.


Ardı →

Manuel Vasko da Qama

Hindistana dəniz yolunun açılması şərti olaraq beş mərhələyə bölünür.
Birinci mərhələ — 1415-1434-cü illəri əhatə edir. Bu mərhələdə portuqallar Boyardor burnuna çata bilmişlər. Bunun üçün Atlantik okeanında bir sıra adalara səyahət edilmiş, Afrikanın qərb sahilləri tədqiq edilmişdir. Boyardor burnunu keçmək üçün 12 il tələb olunmuşdur. Bunu həyata keçirmək isə göstərilən müddətdən sonra Jil Eaneşə qismət olmuşdur.
Ikinci mərhələ — 1434-1462-ci illər ərəfəsi sayılır. Portuqallar tədqiqatlarını davam etdirərək Yaşıl Burun adalarına çatırlar. Bununla da onlar gələcəkdə qazanlacaq uğurların əsasını qoymuş olurlar.
Üçüncü mərhələ — bir müddət fasilədən sonra başlamaqla 1470-1475-ci illəri əhatə edir.
Davamı →

Ameriqo Vespuççi (1451-1512) və onun davamçıları

Xristofor Kolumbun «Hindistan»ı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri «hədiyyəni» geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə — 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar. Buna baxmayaraq coğrafiya tarixində ən görkəmli yer tutan səyyahlardan biri Ameriqo Vespuççi sayılmaqdadır.
1499-cu ildə ispan ekspedisiyası tərkibində «Hindistan»a səfərə çıxan Vespuççi Amazon çayının şimal hissəsinə yaxınlaşır. Daha sonra Karib dənizində sahil boyu üzməklə böyük bir ölkə ətrafında hərəkət etdiklərini anlayırlar. Yeni Dünyaya səyahətdən qayıtdıqdan sonra Vespuççi daha əlverişli saydığı Portuqaliya donanmasına keçir.
Davamı →

Amerikanın kəşfi

XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslinldə kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır.
Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır.
Davamı →

Ərəblərin coğrafiyanın inkişafında orta əsrlərdə rolu

Orta əsrlərin əvvəllərində digər sahələrdə olduğu kimi Avropada coğrafiya sahəsində də dinin təsiri altında durğunluq baş verdiyi halda, ərəb ölkələri elmin çiçəklənmə dövrünü keçirirdi. Başqa xalqların yazdıqları elmi əsərləri sistemə salınaraq qısa müddətdə tərcümə edilməsi ərəb ölkələrində elmin sürətlə inkişafının əyani sübutudur.
VII əsrdən başlayaraq Islam dinini yaymağa başlayan ərəblər Atlantik okeanından Sakit okeanına qədər böyük bir məsafədə yeni ölkələr və bu ölkələrə müxətlif yolları açmaqda şöhrət qazandılar. Kiçik Asiyanı, Orta Asiyanı, Iranı və bir sıra ölkələri tutmaqla Islam dinini yayan ərəblər, Hindistan və Çinə gedən əlverişli dəniz, körfəz və boğazları müəyyən etməklə Avropa ilə bu ölkələr arasında əlaqə maneəsinə çevrildilər.


Ardı →

Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün həm var-dövlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər müstəmləkəçiliyin, okean arxasına əhali köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının əsasını qoydu.
Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin  daha çox sənaye məhsulları istehsalını və satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.


Davamı →

Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur. Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.


Davamı →