Təşəkkür etmədiyimiz təkcə Odur (İbrətamiz hekayə)

 Bu həyatda hər şey bizə Onun əmanəti və onun xatırlatmasıdır.
Deyirlər ki, bəzən insanın həyatında baş verən qəfil hadisə unutqanlıq və qəflət yuxusundan diksindirib oyatma qabiliyyətinə malikdir. İkiəlli insanın çiyinlərindən yapışıb onu silkələyib oyatmaq bəzən bizim borcumuz olur. Bəzən özümüz kimisə ayıltmağa çalışdığımız zaman özümüz məstlik içərisində oluruq. Bu məstlik qəflət şərabıdır ki, ayılmağa cəhd etmədikcə, insanı çox dərin məstliyə salır və xülyalar içərisində yaşamağa məcbur edir. Bu hekayə bu yuxudan qəfil oyanmış Nazilə haqqındadır. İsti yay günlərinnən biri idi. Çöldə sanki bir canlı gözə dəymirdi. Kimisi bir kölgəliyə çəkilmiş, kimisi isə, evdə ona sərinlik verən kondisioner altında uzanmışdı. Sanki hamı axşamı gözləyirdi. Bu axşam onlara yenidən həyata atılmaq üçün ümüd verirdi. Lakin Naziləni nə isti, nə də sərinlik maraqlandırırdı. O bu gün həkim qəbuluna gedib, protez dişlərinin son yoxlanılması prosedurundan keçməli idi. Onun üçün bu çox vacib idi. Qonşu rəfiqələrinin “Ay Nazilə, inan ki, taxma dişlərin çoxu heç də fərli çıxmır.” – kimi ifadələrinə məhəl qoymayaraq, yenə də məqsədində israrlıydı.
Ardı →

Ən alicənab təşəkkür

Bir borcum var idi. Elə bir borc ki, heçnə ilə əvəz edilməz. Canımı, hətta nəfəs aldığımçun da Ona minnətdar idim. Ən pisi isə bu idi ki, bu borcu ödəməyim mümkünsüzdü. Bəs nə edim? Hər şeyim əvəzində bir quru təşəkkür?.. Yox, bu insanlığa yaraşmaz! Düşündüm… Bu düşüncəm çox uzun çəkmədi ki, cavabı tapdım. Borcu ödəməm mümkünsüzsə, heç olmasa təşəkkürü elə demək lazımdır ki, bu həm qəlbən, həm gözəl, həm də mədəni, alicənab olsun. Belə bir təşəkkürü O özü bizə öyrətmiş və bizdən tələb etmişdir. Bunu anladığım vaxt tez ayağa qalxdım. Daha düşünməyə, gözləməyə vaxt yox idi. Onsuzda illərdir gecikmişdim. Halbuki,


Ardı →