Təhlükəsizliyimizə laqeyd qalmayaq

Çox vaxt valideynlər övladlarını müəyyən təhlükələrdən qorumaq məqsədilə onların həyətə çıxmasına icazə vermirlər. Sizcə, bununla uşağı hansısa bir təhlükədən qorumaq mümkündürmü? Çox vaxt ehtiyatsızlıq və diqqətsizlik: ütünü şəbəkədən ayırmamaq, giriş qapısım bağlamamaq, hündürlükdən yıxılmaq, su kranım bağlamamaq, evə tanımadığın insanı buraxmaq, iti və kəsici alətlərdən istifadə etmək, dərmanlar, vaxtı keçmiş qidalar, məişətdə istifadə olunan kimyəvi maddələr və s. həyati təhlükəyə səbəb ola bilir.
Davamı →

Avtomobilə oturan kimi pəncərələri açın

Biz maşına minməzdən əvvəl maşının pəncərələrini açmadıqda nə baş verir? Siz hətta maşınınızı kölgədə saxlasanız belə maşının salonunda 400-800 mq benzol toplanır.

Əgər siz maşınınızı günəş şüalarının altında və ya 16*- dən yüksək temperatur olan yerdə saxlamısınızsa bu zaman benzolun miqdarı 40 dəfə artaraq 2000-4000 mq-a çatır. Avtomobilə oturarkən onun pəncərələri bağlı olarsa, maşına minən insan benzollu hava ilə nəfəs alır. Bu zaman toksinlər böyrəkləri, qaraciyəri və beyin toxumasını zəhərləyir.
Davamı →

Android sistemli mobil telefonlarda təhlükəsizlik qaydaları

Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə  bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha  da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda  ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi  baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün  indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli  olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq  istəyirik.

Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz  ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki,  bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə  başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə  hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə  kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə  bilərsiniz.


Ardı →