31.Məcmu tələb əyrisinin qrafikinin aşağı enməsi

Tarazlıq faiz dərəcəsinin müəyyənləşdirilməsi prosesinin əmtəə və xidmətlərə olan məcmu tələbə təsirini nəzərdən keçirək.  Əvvəlcə bu modeli məcmu tələb əyrisinin qrafikinin aşağı enməsinin izahı üçün istifadə edək. Fərz edək ki, iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsi yüksəlir. Pul təklifi və ona olan tələbi tarazlaşdıran faiz dərəcəsi necə dəyişəcək və bu dəyişikliklər tələbin yönəldiyi əmtəə və xidmətlərin kəmiyyətinə necə təsir göstərəcək?
Pula tələbin determinantlarından biri qiymətlərin səviyyəsidir. Qiymətlər yüksəldikdə əmtəə və xidmətlərin hər bir alqı-satqı aktında  daha çox pul tələb olunur, nəticədə ayrı-ayrı şəxslər sərəncamlarında xeyli pul vəsaitləri məbləğinin olmasının zəruriliyi haqda qərar qəbul edirlər.
Davamı →

7. istehlak gəlirinin təyini üçün tələbat əyrisinin istifadə edilməsi

Istehlak gəlirinin əmtəəyə tələbat əyrisinə bilavasitə aidiyyəti var. Buna əmin olmaq üçün gətirilən misalın təhlilini davam etdirək və Elvis Preslinin ilk albomuna olan tələbat əyrisini öyrənək.
Alboma olan tələbat cədvəlini tərtib etmək üçün, biz alıcıların pulvermə hazırlığı haqqında məlumatları istifadə edək. 7.1-ci cədvəl məlumatlarına uyğun gələn tələbat haqqında məlumatlar 7.2-ci cədvəldə verilmişdir.


Ardı →

2. iki dəyişənlilərin qrafikləri: koordinat sistemi

Iqtisadçıları adətən dəyişənlər arasındakı asılılıq, onun bir qrafikdə əks etdirilməsi maraqlandırır. Bunu yerinə yetirmək koordinat sistemindən istifadə etməyə imkan verir.
Fərz edək ki, siz tələbənin təhsil vaxtı və onun orta qiyməti ara­sındakı asılılığı öyrənmək istəyirsiniz. Öz qrupunuzda siz hər tələbə üçün iki rəqəm yazırsınız: tələbənin təhsilə həftədə sərf etdiyi saatın miq­da­rını və onun orta qiymətini. Əldə olunmuş məlumatı səthdə (koordinatda) nöq­tənin yerini müəyyən edən rəqəm kimi istifadə etmək olar. Məsələn, Albert E., həftədə 25 saat koordinatla 3,5 xalla göstərildiyi halda, onun dostu Alfred E həftədə 5 saat koordinatla 2,0 xalla göstərildiyinə görə «narahat» olmadığını söyləyir.


Ardı →