Hansı su daha yaxşı təmizləyir?

Əvvəllər belə hesab olunurdu ki, isti su mikrobları daha yaxşı yuyub aparır. Lakin son araşdırmalar göstərib ki, bu heç də belə deyil.

Medicinform.net-ın məlumatına görə, Rutgers Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, soyuq və ya isti suyun təmizliyə və sterilliyə heç bir bir aidiyyatı yoxdur. Araşdırmada 2 qrup insan iştirak edib. 1-ci qrup əlləri soyuq, ikinci isti suda yuyurdu. Sonra iştirakçıların əlləri mikroblara görə yoxlanılırdı.
Davamı →

Təmizləyici vasitələrin evdə hazırlanması

Pəncərə, qapı, yer, hamam kimi yerləri təmizlmmək üçün dükanlarda satılan kimyəvi məhsullara pul xərcləmənizə ehtiyac yoxdur. Təmizlik işləri üçün lazımi vasitələri özünüz evdə hazırlaya bilərsiniz. Bunun üçün sizə lazım olacaq tək şey sirkə, su, karbonat (soda), paltar sodası, boraks, limon duzu, duz, qliserin, spirt, hidrogen peroksid olacaq.

Sirkə parıldadıcı özəlliyinə görə şüşə və pəncərə təmizliyində istifadə oluna bilər.

Pəncərə və güzgü təmizliyi
1 sprey şüşəsinə 1 stəkan sirkə, 3 stəkan su qatıb çalxalayın. Bu qarışımı şüşə, ya pəncərə üzərinə sıxaraq təmiz parçayla silin.

Pəncərələri silmək üçün yenə bir sprey şüşəsinə 3 stəkan ilq su, 2 stəkan sirkə və 1 xörək qaşığı yuyucu tozu əlavə edib qarışdırın.

Hamam güzgüsü və duş kabinetinin şüşəsini buxar tutmaq üçün 4 stəkan suya 1 çay qaşığı qliserin əlavə edərək qarışdırın. Buxarlanmanı əngəlləyəcək.

Yer təmizliyi
Bunun üçün 1 vedrə suya 1 xörək qaşığı karbonat, 1 stəkan sirkə, 1 stəkan gül suyu, 10-15 damcı gül ətri qataraq yerlərinizi silə bilərsiz. Ancaq sirkə və limonu heç vaxt mərmər təmizliyi üçün istifadə etməyin.


Ardı →

Təhlükəli təmizlik vasitələri

Bəzi sabunlardan istifadə etdikdə təmizliyə deyil, xəstəliyə səbəb olur. Həmçinin təmizlik məhsullarında, ətirlərdə, dəftərxana ləvazimatlarında, hətta dərmanlarda, yeməklərdə belə, minlərlə qatqı maddəsi var ki, bunlar da sağlamlıq üçün zərərlidir.

Xüsusilə, antibakterial sabunların xərçəng xəstəliyi törətdiyi və hormon pozğunluğuna səbəb olduğu bildirilir. Tərkibində “trilokzan” adlı maddə olan bu sabunlar sağlamlığa mənfi təsir göstərir. Trilokzanın sudakı xlorla reaksiyaya girməsi nəticəsində xərçəng xəstəliyi meydana çıxır. Ona görə də sabun, jele, diş pastası, dezodorant və digər bu kimi məhsullar alarkən triklozan tərkibli olmayanları seçin.

Digər tərəfdən, antibiotik müqavimətə gətirib çıxaran triklozan xloroform kimi sağlamlığa zərərli maddələrin əmələ gəlməsinə, həmçinin sudakı sərbəst xlorla birləşərək dixlorofenolun yaranmasına şərait yaradır ki, bu da ultrabənövşəyi şüaların təsiri ilə dioksinə çevrilir. Dioksin isə çox zəhərlidir və orqanizmdəki hormonlarda ağır fəsadlar törədir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, triklozanla təmasda olan uşaqlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Triklozan eyni zamanda üz losyonlarına, kosmetik vasitələrə və bir çox başqa bu kimi məhsullara qatılan bir maddədir.

Onu da qeyd edək ki, bu maddədən son illərdə daha çox istifadə olunmağa başlanılıb (mətbəx alətləri, oyuncaqlar, yataq dəstləri, corablar, paltarlar, kompyuter klaviaturaları və s.).


Davamı →