Yumurta ağının yanıqlarda inanılmaz təsiri

Bu üsul Amerikada yanğınsöndürənlərin təlimi zamanı izah olunur. Bir yanıq meydana gəldiyində, nə böyüklüyündə olmasından asılı olmayaraq ilk yardım onu dəri soyuyuncaya qədər soyuq suyun altında saxlamaq və daha sonra yumurtanın ağını ora sürtməkdir.
Əli yanan adam bunları elədikdən sonra əlini yumurta ağına qoyduqda yanmış ərazidəki dəri quruyur və yumurta ağı bir üst dəri kimi o hissəni örtür. Bir neçə saat əl yumurta ağında qaldıqda ağrılar tamamilə azalır və yanmış yerdə bir təbəqə əmələ gəlir. Sabahkı gün çox cüzi qızarıqlıqdan başqa demək olar ki iz qalmır. Əlində çox kobud bir yara izi qalacağını düşünsə də 10 gündən sonra heç bir iz qalmır.
Yanan hissə yumurta ağında olan vitaminlər sayəsində yenidən canlanır. Bu qədimdən xalq arasında sınanmış bir məlumatdır. Amma yenə də əliniz yandıqda mütləq tibbi müayinədən keçin. Zəhmət olmasa paylaşın ki daha çox tanışınız görsün. 

      

Davamı →

Depressiyanın pozitiv tərəfləri

depressiyaMedDaily`nin The İndependent`ə istinadən verdiyi məlumata görə, bəzi alimlər hesab edirlər ki, depressiya xeyirli ola bilər və ya ən azından pozitiv faktora çevrilə bilər. 
«Depressiyanın ağır və ya yüngül formasından əziyyət çəkən bir insan üçün bu fikir ağılsızlıq kimi gələ bilər.» – jurnalist Rebekka Xardi bildirib. Əksər mütəxəssislər klinik depressiyanın ağır xəstəlik olub insan həyatını məhv etməsi fikri ilə razılaşsa da, digərləri elə fikirləşirlər ki, depressiya bəzi insanlara xeyirli ola bilər.

«Mən hesab edirəm ki, depressiyaya qalib gələn insanlar daha da güclü olurlar. O, yaşam uğrunda mübarizə gücünün katalizatoruna çevrilə bilər: çünki insan boşluq içinə düşərək uçurumu görür» – The İndependent SANE təşkilatının qurucusu və rəhbəri Marcori Uollesdən sitat gətirir.

İki il öncə Nyu York Universitetindən Cerom Ueykfild özünün «Kədərin ziyanı: psixiatriya normal kədəri necə patoloji depressiyaya çevirdi» adlı kitabı ilə böyük səs-küy yaratdı. Müəllif təkidlə bildirir ki, depressiya insanı həyatında müsbət dəyişikliklər etməyə təşviq edir, öz səhvlərindən dərs çıxarmağa və istəklərindən baş açmağa kömək edir.


Ardı →