Möhsün Sənani

Azərbaycan incəsənətində öz dəst-xətti ilə seçilən sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də xalq artisti Möhsün Sənanidir. O, milli kinomuzun və teatrın inkişafına öz əvəzsiz tövhələrini verib. 1900-cü ilin 19 iyun tarixində Tiflisdə, azərbaycanlıların sıx yaşadıqları məşhur "Şeytan bazarı" adlı məhəllədə ruhani ailəsində dünyaya bir körpə gəlir. Valideynləri onu Möhsün adlandırır. «Sənani» onun təxəllüsü idi. Tam adı Möhsün Sadıq oğlu Cəfərovdur. Uşaqlığını çox çətin keçirir. 2 yaşında atasını, 5 yaşında anasını itirir. Bir müddət nənəsinin himayəsində böyüyür. Nənəsi onu da atası kimi ruhani görmək istəyir və mədrəsəyə yazdırır.

Davamı →

Spenserin düşüncələri

Herbert Spenser 1820-ci ildə Derbydə doğulmuşdur. Atası Corc ənənələrə uyğun gəlməyən, anqlikan məzhəbinə bağlı olmayan bir müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spencer qırx yaşına qədər heç bir təhsil görməmişdir. Qəribə bir qürurla “Nə uşaqlığımda, nə də gəncliyimdə heç İngilis dili dərsi də almamışam, bu ana qədər qrammatika mövzusunda məlumatım yoxdur”, demişdir.
Sistematik bir təhsil almamasına, oxumağı sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir söyləmişdir və “təkamül” nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur. Əldə etdiyi böyük nailiyyətləri mükəmməl müşahidə qabiliyyətinə borcludur, birbaşa etdiyi müşahidələrlə minlərlə fikirini dəstəkləyəcək minlərlə faktı rahatlıqla tapmışdır. 

Davamı →

Martin Heideqqer (həyatı)

Həyatı
Martin Heideqqer (1889-1976) Messkirşdə, Almaniyanın cənub-qərbindəki Badendə, balaca şəhərdə doğulmuşdur. Onun atası yerli Katolik Kilsəsində xadim idi və oğlu dini təhsil almışdı. Orta məktəbi bitirdikdən sonra o, Yezuit monastırına daxil olmuş və sonra Frayburq Universitetində ilahiyyatı öyrənmişdir. Orta əsrlər ilahiyyatının fəlsəfi istiqaməti bu elmdə Heideqqeri maraqlandırmış və o, mövzu üzrə formalaşmanı bitirmişdir. 1914-cü ildə o, «Fizioloqizmdə mühakimə nəzəriyyəsi» adı altında doktorluq işini təqdim etmişdir. Edmund Hasellin işlərinin mühüm təsirini görmək mümkün idi. Bir ildən sonra o, orta əsrlər məntiqi üzrə işi müdafiə etdikdən sonra mühazirəçi qismində Frayburq Universitetinə gəlir.

Davamı →

Ada Lavleys (Ledi Bayron)

Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraq Ada Lavleys (10 dekabr 1815-ci il London 27 noyabr 1852 London) ingilis riyaziyyatçısıdır.
Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.
10 dekabr 1815-ci ildə doğulub, Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi. Anna İzabella Bayron riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona «Paraleloqramlar şəhzadəsi» ləqəbi verilmişdir. İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra 21 aprel 1816-cı ildə görür və rəsmi boşanma kağızı ilə arvadından boşanır və ömrünün sonunadək İngiltərəni tərk edir.

Davamı →

Deyl Karneqi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missuri ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suyla keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.


Davamı →

Fatma Muxtarova Azərbaycanın ilk qadın opera ifaçısı

Fatma Muxtarova dünya opera sənətinin ulduzlarından biridir.

Azərbaycanın ilk gözəl Karmeni və cəsarətli Dalilası Muxtarova alovlu, vulkanik temperament deməkdir. «Mən bütün həyatım boyu Muxtarova kimi yalnız bir qeyri-adi aktrisa gördüm. Bu, çox illər əvvəl Moskvaya gəlmiş italyan tragiki De Qrasso idi. Muxtarova kimi o da sadə bir adam, yüksək mədəniyyət sahibi idi. Onun yaradıcılığı Muxtarovanın surətləri kimi çılğın idi. Onların hər ikisinə də təbiət xüsusi bir vergi bağışlayıb: qarşısıalınmaz intuisiya, ən yüksək həqiqətləri kəşf etmək vergisi». Bu sözləri 80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.


Davamı →

Frans Kafka - Qardaş qətli

Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:

Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.

Soyuq adamın canına işləyirmiş. Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış.


Davamı →

Novruz bayramından sonra ölüm - Şıxəli Qurbanov

Şıxəli Qurbanov 1925-ci ildə Bakıda doğulub. Ədəbiyyatşünas-alim, dramaturq, şair, yazıçı, dövlət və ictimai xadim olub. A.S.Puşkinin Azərbaycan poeziyasına təsirinin tədqiqatçısı, XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələlərinə dair monoqrafiyanın, onlarla məqalənin, publisistik əsərlərin, povest, şeir və poemaların müəllifidir. Və bütün bunlarla yanaşı Şıxəli Qurbanov uzun illər Azərbaycan KP MK-da rəhbər vəzifədə çalışıb.

Davamı →