"Y" hərfi ilə başlayan tarix terminləri

Yaxın Şərq — Asiyanın cənub-qərb və Afrikanın şimal-şərq rayonunu bildirən qəbul olunmuş tarixi və coğrafi ad. Həmin ərazidə müasir Sudan, MƏR, İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, eləcə də Kipr və Bəhreyn adaları yerləşir.

yakobinlər — Böyük Fransa burjua inqilabı dövründə müqəddəs Yakov klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə edirdilər və şəhər və kənd yoxsulları ilə ittifaqda çıxış edirdilər. 1792-ci ilin oktyabrında jirondistlər klubdan çıxdılar. Yakobinlərin başçıları Robespyer, Marat, Danton və b. idilər. 1793-cü il 31 may — 2 iyun üsyanından sonra yakobinlər hakimiyyətə gəldilər və diktaturalarını quraraq əksinqilabi terrora başladılar. 
Davamı →

"V" hərfi ilə başlayan tarix terminləri

Vakx (lat. «Baxus») — Qədim Roma dinində bərəkət və şərabçılıq allahı, qədim yunanlardakı Dionisə uyğun gəlir. Vakxın şərəfinə dini bayramlar -vakxanaliyalar keçirilirdi.

vakxanaliya — Qədim Romada Vakxın şərəfinə keçirilən dini bayramlar. Vakxanaliya iştirakçıları şərab içməklə özlərini ekstaz vəziyyətinə çatdırırdılar.


Davamı →

"T" hərfi ilə başlayan tarix terminləri

taborçular (Çexiyadakı Tabor dağının adından götürülmüşdür) — feodallara qarşı çıxan husçuların daha inqilabçı hissəsi. Kəndlilər, şəhər yoxsulları, xırda sənətkarlar və din xadimləri, rıtsarların bir hissəsi taborçuların sırasına daxil idi. Onların baxışlarının əsasını ümumi bərabərlik və ədalətli dövlət haqqında təlim təşkil edirdi. Taborçular döyüşkən qoşun yaratdılar, hərbi taktika işləyib hazırladılar. 1434-cü ildə Lipani yaxınlığında mötədillər tərəfindən məğlubiyyətə uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə qarşı mübarizə apardılar.

tabu — mövhumatçı təsəvvürlərə görə, fövqəltəbii qüvvələrin baş verə biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün qoyulmuş qadağa sistemi.


Davamı →

"S" hərfi ilə başlayan tarix terminləri

sabotaj — işdən (sərəncamdan) yayınma və ya onun formal şəkildə yerinə yetirilməsi yolu ilə qəsdən pozulması.

Sadova — müasir Çexiyada şəhər; 1866-cı ildə Avstriya — Prussiya müharibəsində onun yaxınlığında general Moltkenin komandanlığı ilə Prussiya ordusu general Benedekin sərkərdəlik etdiyi Avstriya-Sakson ordusunu darmadağın etmişdi. Bu döyüş Prussiyanın Almaniyada başçılıq uğrundakı mübarizəsinin taleyini həll etdi. Avstriya 1866-cı ildə Praqa müqaviləsini bağlamaq məcburiyyətində qaldı. Həmin müqavilənin şərtlərinə görə, Almaniya ittifaqı buraxılırdı.


Davamı →

"R" hərfi ilə başlayan tarix terminləri

Ra — Qədim Misir mifologiyasında günəş tacı qoymuş şahinbaşlı Günəş allahı. Allahların çarı və atası kimi sitayiş edilir və Amon allahı ilə eyniləşdirilirmiş. Misirlilərin etiqadına görə, Ra hər gün qızıl qayıqda Yeri işıqlandıraraq səmavi Nil ilə üzür və qərbdə aşağı düşürmüş. Ra orada cəhənnəmə daxil olur, şər qüvvələrlə vuruşa-vuruşa yeraltı Nil ilə üzərək ertəsi gün yenidən səhər tezdən üfüqdə görünürmüş. Ra çar kimi dünyanın hakimi idi.

raca — ari qəbilələrinin tanınmış adamlarından seçilmiş başçı. Sonralar Hindistanda knyaz titulu.

rada (slav. "şura") — Ukrayna, Belarus, Litva, Rusiya və Polşada xalq yığıncaqlarının və silki-nümayəndəli orqanların tarixi adı.


Davamı →

"B" hərfi ilə başlayan tarix terminləri

Babək (798 — 838) — əsl adı Həsəndir. Həsən Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb ailəsində anadan olmuşdur. Həsən hələ uşaq ikən quldurlar onun atasını öldürmüşdülər. Anası onu çox böyük əzab-əziyyətlə böyütmüşdür. Yeniyetmə Həsən ilk vaxtlar çoban, sonralar isə dəvəçi olmuşdur. Həsən Təbrizdə usta şagirdi kimi çalışır, öz cüzi qazancı ilə anasına kömək edirdi. Həsən hər yerdə Azərbaycan xalqının ərəb zülmü altında qüssəli həyatını görürdü. Özünün gələcək şagirdi və həmkarı Həsən ilə ilk görüşündə Cavidan onun dərrakəliliyini, qoçaqlığını, vətənpərvərliyini duymuş və onu özü ilə Bəzz qalasına gətirmişdir. Az sonra Həsən «Babək» ləqəbi ilə xürrəmilərin təlimini qəbul etmiş və Cavidanın sədaqətli köməkçisi olmuşdur. 816-cı ildə Cavidan ərəblərlə döyüşlərdən birində öldürüləndən sonra xürrəmilərə başçılıq etmək 18 yaşlı Babəkə qismət olmuşdur. Babək xalqın əksər hissəsini azadlıq uğrunda mübarizəyə qaldıra bilmiş və xürramilərin qoşunlarında ciddi nizam-intizam yaratmışdır.


Davamı →

"A" hərfi ilə başlayan tarix terminləri

Abbas, əl-Əbbas bin Əbd ül-Müttəlib bin Haşim (VII əsrin birinci yarısı) — Məhəmməd peyğəmbərin əmisi. Abbasi xəlifələri sülaləsi bilavasitə Abbasın nəslindəndir.

Abbas I — Səfəvilər sülaləsindən şah (1587 — 1629). Hakimiyyətə gələn Şah Abbas 1590-cı ildə Osmanlı türkləri ilə İstanbul sülhünü bağladı. Bu müqaviləyə görə, Azərbaycan ərazisinin böyük hissəsi (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla) türklərin hakimiyyəti altına keçdi. Şah Abbas isə dinc dövrdən dövlətin qüdrətini artırmaq üçün istifadə etdi. Bu məqsədlə o, Azərbaycanın köçəri əyanlarının dövlət işlərinə müdaxiləsini məhdudlaşdırmağa başladı, hakimiyyəti əvəzində isə İranın şiə ruhaniləri və məmurlarının mövqeyini möhkəmləndirdi.


Davamı →