"Y" hərfi ilə başlayan tarix terminləri
Yaxın Şərq — Asiyanın cənub-qərb və Afrikanın şimal-şərq rayonunu bildirən qəbul olunmuş tarixi və coğrafi ad. Həmin ərazidə müasir Sudan, MƏR, İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, eləcə də Kipr və Bəhreyn adaları yerləşir.
yakobinlər — Böyük Fransa burjua inqilabı dövründə müqəddəs Yakov klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə edirdilər və şəhər və kənd yoxsulları ilə ittifaqda çıxış edirdilər. 1792-ci ilin oktyabrında jirondistlər klubdan çıxdılar. Yakobinlərin başçıları Robespyer, Marat, Danton və b. idilər. 1793-cü il 31 may — 2 iyun üsyanından sonra yakobinlər hakimiyyətə gəldilər və diktaturalarını quraraq əksinqilabi terrora başladılar.Davamı →