İlmələrin hikməti

Ən qədim nümunələri Qədim Misirdə ərsəyə gətirilən və çox-çox sonralar fransız əsilli Qobelen qardaşlarının soyadı ilə məşhurlaşan qobelen sənətinin yalnız XX əsrdə Azərbaycan sənət məkanına gəlməsi, heç şübhəsiz, onların uzun müddət  yerli xovlu və xovsuz toxuculuq nümunələri ilə rəqabət aparmaq gücündə olmaması ilə bağlıdır. Azərbaycanın sovetləşməsindən sonra xüsusi təhsil ocaqlarında xalça sənəti ilə yanaşı, həm də Avropa mədəniyyəti nümunəsi kimi digər toxuculuq nümunələrinin, o cümlədən də qobelenin estetikasını əhatə edən bədii-texniki xüsusiyyətlər aşılanmaqda idi. Odur ki, təhsil sonrası bəziləri hər iki sahə ilə məşğul olurdular. Hər iki sahəyə maraq göstərənlərdən biri də Tamilla Abdullayeva olmuşdur.

Davamı →

Psixoloji yaşantılar

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi yüzilliyin ikinci yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.

Davamı →

Əl ilə toxuma işlərinin faydaları

Mil, milçə və tığla görülən əl ilə toxuma işləri cansığıcılığını aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir. Bəs əl ilə toxumanın faydaları nələrdir?

Xüsusilə də orta yaşlı qadınların qış aylarında böyük bir həzz alaraq, hazırladıqları toxuma paltarlar, qarderobların əvəzolunmaz hissəsinə çevrilir. Soyuq havalarda bədənimizi isti saxalayan toxuma paltarlar, xəstəliklərə qarşı qoruyur, qəşəng bir görünüş əldə etməyinizə da kömək edir.
Davamı →

Toxuculuq, parçaçılıq

Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
   
   Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədrici inkişaf özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Toxucu kustar fabriklər yaranır. By da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub. 
   
   Tafta- Bu parça ipəkdən toxunur, saya və naxışlı olub. “Tafta” sözünün izahı İranda yer adı ilə bağlıdır. Bu parça sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parcalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVIIəsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış. 

   Qanovuz parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Qanovuzun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə xalq arasında “şahi”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub.
Ardı →

Yüngül sənaye

Yüngül sənaye –toxuculuq tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir. Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır. Süni lif oduncaqdan hazırlanmış kimyəvi liflərdən (viskoz, asetat və s.) sintetik lif -neft, qaz və kömürdən düzəldilmiş liflərə (kapron, lovsan və s.) deyilir.
Yüngül sənaye bütün ölkələrdə inkişaf edib. XX əsrin II yarısından başlayaraq — bol xammal və ucuz işçi qüvvəsinə malik IEOÖ –lərin bu sahədə payı IEÖ-lərə artmışdır. (Xüsusilə pambıq parça istehsalında)


Ardı →