Övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların «birdəfəlik» hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir. 

Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar. Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu «işarələyir». Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq


Davamı →

Uşağa verilən cəzanın vicdan inkişafına təsiri

İrsən ötürülən genetik xüsusiyyətlər və ətraf mühitin təsiri ilə də uşaq ictimai inkişafını tamamlayır, içində yaşadığı cəmiyyətin bir fərdinə çevrilir. Sosial inkişafın əhəmiyyətli ünsürlərindən biri də əxlaq və vicdan inkişafıdır. Laurans Kolberqin (Lawrance Kohlberg) əxlaq inkişafı nəzəriyyəsinə əsasən, əxlaq inkişafı itaət və cəza yönümlü olaraq başlayır və universal meyilli əxlaq olaraq təkamülünü tamamlayır. Valideynlərimizdən aldığımız genetik miras qədər əhəmiyyətli olan bir başqa əhəmiyyətli məsələ də onların bizi yetişdirərkən verdikləri cəzalardır. Çünki verilən cəza növü vicdan inkişafında əhəmiyyətlidir.

Davamı →