Bakirəlik cəmiyyətin uydurmasıdır deyən atanın dramı

  • Kino
Uilyam Folknerin «Səs-küy və hiddət» romanı əsasında çəkilmiş eyniadlı filmi təqdim edir.
 
Süjet: Əsər Amerikada yaşayan, vaxtilə böyük nüfuza malik olmuş aristokrat Kompsonlar ailəsi haqqındadır. Hadisələr Missisipi ştatının Cefferson dairəsində baş verir və 1898-1928-ci illəri əhatə edir. Kompsonlar ailəsində dörd uşaq böyüyür: Kveintin, Keddi, Ceyson və Bencamin.
Kiçik övlad Bencaminin beş yaşı olanda aydın olur ki, onun əqli məhdudluğu var. Ailə onun qüsurunu rəzalət kimi qəbul edir. Onun qayğısına qalan Keddi və qulluqçu Dilsidir. Ceyson sonralar qardaşını ruhi xəstəxanaya göndərmək istəsə də anası buna qarşı çıxır. O, Bencamini həyatının ağır yükü kimi qəbul edərək, onu daşımağın zəruri olduğunu deyir və eyni zamanda oğlunu az görməyə çalışır.

Davamı →

Uilyam Folkner - Qısqanclıq

-Yenə də toxuyursan?
Qadın başını qaldırdı. Onun hamar dəyirmi sifəti vardı. Mülayim qonur gözləri ani olaraq ərinin baxışları ilə rastlaşdı. Tez də gözlərini ondan çəkdi və başını aşağı salıb öz işi ilə məşğul olmağa başladı.
-Gördüyün kimi, əzizim.
-Elə hey toxuyursan! Özünə başqa bir məşğuliyyət tapsana.
Qadın köksünü ötürdü, cavab vermədi.
-Niyə dinmirsən, hə?-Əri əl çəkmədi.-Yoxsa dilin-ağzın quruyub?
-Axı sən özün, Tonio, tapşırdın ki, yuxarıda öz otağımda deyil, burda oturum,-qadın başını qaldırmadan cavab verdi.
-Pah! Burda bir kəs oturmalıdır, ya yox? Yoxsa sən istəyirsən ki, hansısa bir avaraya pul verib xanım kimi burda əyləşdirim, o da laqqırtı vursun, hə?
Yağa bulanmış önlük taxan, öz işinin mahir ustası ucaboylu gənc ofisiant onlara yanaşıb haqq-hesab qəbzini və beş dollarlıq kağız pulu stolun üstünə qoydu. Qadın pulun qalığını ona uzatdı və bir anlığa baxışları onun üzündə ilişib qaldı. Ofisiant sakit baxışla onun ərini süzdü. Onun baxışında istehzalı bir təbəssüm parlayıb tez də yox oldu. Ərinin stol üzərində uzanıqlı əli biixtiyar düyünləndi. O, nəsə təəccüblü bir şeyi ilk dəfə görürmüş kimi barmaqlarının gərkinlikdən ağarmış sümüklərinə baxdı və dodaqaltı söyüş söydü. Qadın başını qaldırdı və soyuq baxışlarla onu süzdü.
-Axmaq olma, Antonio.
Antonio özünü qışqırmaqdan güclə saxlayırdı.
Ardı →